Koronavirus infeksiyasına yoluxmuş ana körpəyə süd verəndə, mütləq maska taxmalıdır

Koronavirus infeksiyasına yoluxmuş ana körpəyə süd verəndə, mütləq maska taxmalıdırBəzən hamilələr təngnəfəslik və öskürək zamanı yeni növ koronavirusa (COVID-19) yoluxduqlarından şübhələnirlər. Məsələ burasındadır ki, qarının aşağı hissəsi ilə ağciyərin üst hissəsində diafraqma yerləşir və hamiləlik böyüdükcə diafraqma ağciyərləri sıxır və buna görə hamilələrdə təngnəfəslik və öskürək hallarına tez-tez rast gəlinir. İndiki pandemiya şəraitində bəzən həmin əlamətləri yeni növ koronavirus infeksiyası ilə səhv salırlar. Hətta bəzən onlar COVID-ə yoluxduqları barədə panik ataka da düşürlər. Ona görə də həmin əlamətlərlə yanaşı temperaturun 38 dərəcəyə qalxması COVID barədə şübhələnməyə əsas verir. Xəstəlik kəskin hal alarsa, müalicə stasionar şəraitdə aparılmalıdır. Son vaxtlar bəzən hamilələr göbək ətrafına qandurulaşdırıcı iynələr vurdururlar, lakin bunu qətiyyən özbaşına və həkim məsləhəti olmadan etmək olmaz.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-ginekoloq Vüsalə Əsgərova deyib.
Onun verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatında və dünya səhiyyəsində aparılan tədqiqatlar aşkar edib ki, infeksiyanın anadan dölə keçmək ehtimalı sıfıra bərabərdir: "COVID-19-a yoluxmuş anadan sağlam uşaq dünyaya gəlir, lakin belə halda doğuşdan sonra ana ilə uşağı bir-birindən ayırırlar. Hamilə qadınların virus əleyhinə dərman preparatı qəbul etməsi qəti qadağandır. Qrip əleyhinə olan və immunitet sisteminin artırılmasına kömək edən dərmanları isə yalnız həkim təyin etməlidir. Hamiləliyin birinci trimesrtrində ana hansısa virusa yoluxarsa və onu kəskin keçirərsə, özünün razılığı ilə uşağa göstərəcəyi toksik təsir nəzərə alınaraq hamiləlik ləğv edilir. Hamilə qadın üçüncü aydan sonra infeksiyaya yoluxarsa, virus əleyhinə preparatların qəbulu qadağan edilir. Hamiləlik müddətində peyvənd edilmək də məsləhət görülmür. Yalnız hamiləlik başa çatandan sonra peyvənd vurdurmaq olar".
Hamiləliyin xəstəlik deyil, fizioloji hal olduğunu söyləyən həkim-ginekoloq həmin mərhələdə mütləq ayda bir dəfə mütəxəssisə üz tutmaq lazım olduğunu deyib: "Koronavirus infeksiyasına yoluxmuş ana körpəyə süd verəndə, mütləq maska geyinməlidir. Əgər ana xəstəliyin ən kəskin dövründədirsə, bir müddət südü sağaraq körpəyə vermək lazımdır, çünki ana südündə olan vitamin və minerallar başqa heç bir qidada yoxdur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1529   Tarix: 17 may 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

kosmetika mehsullari gözəllik məhsulları geyim şəkilləri geyim kombinləri goyemin faydalari qonaq otagi dizaynlari ehtiraslandiran sozler kosmetika vicdan faydalı məsləhətlər suni mayalanma kley lekesi hakışta