"Koronavirus uşaqlara keçməyə başlayıb" - Pediatr ƏLAMƏTLƏRİ AÇIQLADI

"Koronavirus uşaqlara keçməyə başlayıb" - Pediatr ƏLAMƏTLƏRİ AÇIQLADI"Əvvəllər yeni növ koronavirus infeksiyasının (COVID-19) uşaqlarla işi yox idi. Onlar yoluxsa da ağırlaşmırdı, yüngül, yaxud əlamətsiz keçirirdi".
Milli.Az bildirir ki, bu sözləri lent.az-a açıqlamasında pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, aparılan təcrübələrdə də onların yoluxucu olmasının əhəmiyyətsizliyi isbatlanmışdı:
"Bu dalğada isə koronavirus uşaqlara da keçməyə başlayıb. Son iki həftədə qəbul etdiyim uşaqlar arasında 5 nəfərdə COVID-19-dan ağırlaşma olub. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib-gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı (norma 5-ə kimi) , EÇS 60-80 ( norma 5-15), leykositlər 20 000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Bu virus həm də mutasiyaya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə koronavirus infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çünki favipiravir uşaq orqanizmi uçun ağırdır, arbidol isə virus üçün zəifdir. İzləyəcəyik. Kim virusu necə keçirir. Hər kəs artıq sağaldı dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması, məhz onun ağırlaşması ola bilər. Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə, bakteriyaların aktivləşməsi baş verəcək. Koronavirusda bu proses sürətlə baş verir. Mütləq CRP və qan ümumi analizini verilməlidir. CRP, yəni C reaktiv protein bədəndə iltuhabın səviyyəsini göstərir. Qan umumi dəyərlərini həkiminiz təhlil etməlidir. Yəni, evdə koronavirus olduğu halda uşaqda olan yüksək hərarəti digər virus infeksiyaları kimi üç gün gözləmədən araşdırmalıyıq".
Pediatr qeyd edib ki, baş verən ağırlaşma əslində, sadəcə bakterial aktivləşmə ilə bağlı olmur:
"Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. İnfeksiya olan pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit, yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarından maye ifrazı artımıdır. USM müayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması müşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.
Uşaqlarda koronavirus ağırlaşması ilə görülən halsızlıq, sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir və bu halsızlıq ishal qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur. Qan dəyərləri, döş qəfəsi rentgeni, lazım olarsa Exo-kq, USM muayinəsindən sonra kimin evdə kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s. ilə müalicə həyata keçirilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2129   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qaşların formalari aksessuarlar həkim məsləhəti ilk cinsi əlaqə bulkalar ayaqqabi ve cantalar xına bəzəkləri kosmetika baldiza aid haxisda irem derici nizami gəncəvi qizlar faydalı məsləhətlər