Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsuluTəzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. Uşağa yeni yemək vermək istədikdə əvvəlcə onu təzə qidanın dadına alışdırmaq lazımdır. Belə ki, 1 yaşı tamam olmamış körpə uşaq bəzən yeni qidanı çətinliklə qəbul edir. Bu zaman uşağa yeni qidanı məcburən vermək olmaz. Bəs körpəni yeni qidaya necə öyrətmək olar?
Bunun üçün körpəni yedirən zaman yeni vermək istədiyiniz qidanı yeməkarası başqa qaşıqla uşağın ağzına qoymaq lazımdır. Bu 1 yaşı bitməmiş uşağın rahatlıqla təzə yeməyə öyrədilməsinin ən düzgün yoludur.
Təzə yeməyi uşağa əmizdirmədən əvvəl vermək lazımdır. Müəyyən olunmuş rejimi pozmamaq üçün yeni qidanı uşağa iki əmizdirmə arası zamanı vermək olmaz.
Yeni qida uşağa əvvəlcə bir qaşıq verilir və uşağın xoşuna gəlib-gəlməməyi yoxlanılır. Təzə yemək uşağın xoşuna gəlsə də, birinci dəfə onu uşağa 1 qaşıqdan artıq vermək olmaz.
Əgər uşaq birinci dəfə təzə yeməyi xoşlamasa, ertəsi gün həmin yeməyi yenidən vermək lazımdır. Bunun üçün ana səbirli və dözümlü olmalıdır. Ana səbirsizlik edib ilk dəfədən uşağa təzə yeməyi zorla yedizdirməməlidir. Əgər uşaq yeməyi ikinci gün də yeməsə, tələsmək lazəm deyil, bir müddət sonra yenidən sınamaq lazımdır. Əgər ana bu qaydaya əməl eləməsə, uşaq təzə yeməkləri görəndə daha çox müqavimət göstərəcəkdir.
Uşaqlar təzə dadlar, təzə yeməklər gördükcə sıyıqlardan imtina edirlər. Amma uşaqların təkidinə baxmayaraq onları sıyıqdan imtina etməyə qoymaq lazım deyil. Əgər uşaq təzə yeməkləri yedikcə sıyıqlardan imtina edirsə, onda təzə yeməyin miqdarını azaltmaq lazımdır. Diqqətli və qayğıkeş ana uşağına qarşı səbirli olmalı, körpəsinin sağlamlığı naminə onun qidasını nəzarət altında saxlamalı və uşağının hər şeyi yeməsini öyrətməyə çalışmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2120   Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq

Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdək

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tez-tez kolbasa yemək xərçəng riskini artırır

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər. xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiy

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

turlar.az

qaşların formalari kosmetoloq gozel gorunmek türk şirniyyatları qirmizi uzun donlar islamda qadın cinsi münasibət kosmetika sirin qogal tərəzi gozellik faydalı məsləhətlər uşaq şeirləri