Kürəkən pornoqrafik videolara baxıb qayınanasını zorladı - Oğuzda iyrənc hadisə

Kürəkən pornoqrafik videolara baxıb qayınanasını zorladı - Oğuzda iyrənc hadisə6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Taleh Səmədov kassasiya şikayəti verib.

Qayınanasını zorlayan Səfərov Taleh Qalib oğlu cəzasının azaldılması üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Yaxın günlərdə cinayət məcəlləsinin 149.1-ci maddəsi ilə məhkum olunan T.Səmədovun məhkəmə prosesinin vaxtı məlum olacaq.

İttiham aktına görə, təqsirləndirilən şəxs, 1982-ci il təvəllüdlü Səfərov Taleh Qalib oğlu 10 aprel 2016-cı ildə saat 16:00 radələrində qaynı Rahibə zəng vuraraq Oğuz rayonuna satmağa mişar daşı gətirdiyini bildirib və səhərisi onunla görüşüb.

11 aprel 2016-cı ildə axşam radələrində isə qaynı Səmədov Rahib Məhəbbət oğlu ilə Oğuz rayonunun Bucaq kəndində yerləşən "Region 2 48" adlı kafedə yeyib-içmək qərarına gəlib. Hərəsinə 750 qram araq vurduqdan sonra Taleh qaynının telefonu vasitəsi ilə internetə girib orada pornoqrafik videolara baxıb. Gecə saat 1 radələrində yeznə-qayın gəliblər Talehin qayınanası Xasməmmədova Səadət Ramazan qızının evinə. Onlar evə çatdıqda artıq qayınanası Səadət Rahiblə ona digər otaqda yataq açıb, özü isə eyvanın girəcəyinə yaxın olan otaqda yatıb. Rahib dərhal yuxuya getmiş, Taleh isə bir qədər yatağında uzandıqdan sonra durub alt gecə paltarında həyətə düşərək siqaret çəkmiş və kafedə pornoqafik videolara baxdığı üçün ehtiraslı olduğundan qaynanası ilə cinsi əlaqədə olmaq qərarına gəlmişdir.

Beləliklə kürəkən qayınanası yatan otağa girərək paltarlarını çıxarmış, qayınanasının yatdığı çarpayıya əyləşərkən qayınanası yuxudan ayılmış və qışqırmaq istədikdə əli ilə qayınanasının ağzından tutaraq qışqırmasına imkan verməmişdir. Qayınanası çabalayıb onun əlindən çıxmağa çalışarkən çarpayıdan yerə yıxılmış, o da çətinliklə bir əli ilə qayınanasının ağzından tutub, digər əli ilə orada olan şarfla qayınanasının əllərini öndən bağlamış, sonra qaynanası ilə 5-10 dəqiqə cinsi əlaqədə olmuşdur. Bundan sonra isə dəm olduğundan eyvana çıxaraq paltarlarını geyinib gedib yatağında uzanmışdır.

Zorlanan qayınana isə qorxduğundan durub paltarlarını geyinib həyətə düşmüş və qonşuluqda yaşayan qayını oğlu Məhiyyəddingilə gedib onu səsləmişdir. Məhiyyəddin həyat yoldaşı Rəqsanə ilə birlikdə çölə çıxıb ondan nə baş verdiyini soruşduqda, hadisəni onlara danışmış və oğlu Rahibin hazırda evdə yatdığını, bir bəhanə ilə onu çağırmalarını xahiş etmişdir. Məhiyyədin də Rahibə mesaj yazıb onu evinə çağırmış, bir neçə dəqiqə sonra Rahib Məhiyyəddingilə gəlib onu orada görərkən təəccüblənmiş və orada olmasının səbəbini soruşmuşdur. Məhiyyəddin də onu kənara çəkib ona "sən yuxuda olarkən Taleh digər otağa keçib zorla ananla cinsi əlaqədə olubdur" demişdir. Rahib də onun mobil telefonu ilə dərhal DİN-nin 102 Zəng Mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. Başına gələn hadisədən utandığı üçün və el içində biabır olacağından qorxduğu üçün həkimlərə yeznəsinin onu döyməsini bildirmişdir.

Qeyd edək ki, Taleh Səmədov Səadət Xasməmmədovanın böyük qızı Həmidə ilə 2008-ci ildə ailə həyatı qurub və onların birgə nikahdan iki övladı var. Mingəçevir şəhərində yaşayan Taleh Səmədov sürücü işləyib.

Xatırladaq ki, T.Səmədov cinayət məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Taleh Səmədov apellyasiya şikayəti verib. 11 oktyabr 2016-cı il tarixdə isə Şəki Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xəbərlər     Baxılıb: 6495   Tarix: 07 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

Yemək zamanı su içməyin sağlam insanlarda həzmi asanlaşdırdığı bildirilsə də, reflüks xəstələrində mədə daxili təzyiqi artıra biləcəyi ilə bağlı xəbərdarlıq edilib.  xəbər verir ki, xalq arasında yayılmış "yeməklə s

.

Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün

Kartof məsum görünsə də, ondan çox istifadə etmək təzyiq riskini artırır. Həftədə dörd porsiyanı keçmək bəzi yaş qruplarında qan şəkərini sürətlə yüksəldə bilər və damar sağlamlığına mənfi təsir göstərər.  xəbər verir ki

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?

Fiziki formada olmaq xəstəlik riskini azaldır. xəbər verir ki, Barselona mərkəzli Hospital del Mar Research Institute və Universitat Ramon Llull (URL) tərəfindən aparılan yeni araşdırma fiziki hazırlığın sağlamlığa təsir

.

Mədə problemlərinin gizli səbəbləri məlum oldu

Gündəlik vərdişlər həzm sisteminə ciddi təsir edir. xəbər verir ki, nizamsız qidalanma, səhər yeməyini buraxmaq və uzun fasilələrdən sonra çox yemək mədəyə yük salır. Tələsik və ayaqüstü qidalanma yeməyin düzgün həzm olunmamasın

.

Ətirli tualet kağızı istifadə edənlərə xəbərdarlıq

Mütəxəssislər ətirli tualet kağızlarındakı kimyəvi komponentlərin ciddi allergik reaksiyalara və dəri yanmalarına səbəb olduğu barədə xəbərdarlıq ediblər. .  xəbər verir ki, gündəlik gigiyena məhsulları arasında yer ala

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır. Terapevt Günay Lətifova -a açıqlamasında bildirib ki, bu vəziyyət

turlar.az

reseptler kosmetik vasiteler toy makiyajlari xercengden qoruyan qidalar makaronlar gündəlik bürclər gozalti qaralar ucun kosmetika hakistalar bir arzum var google big.az dieta