Laym xəstəliyi

Laym xəstəliyiLaym xəstəliyi-(gənə borreliozu)-spiroxella Borrelia tərəfindən törədilən və gənələr vasitəsilə yayılan infeksion xəstəlikdir. Xroniki, residiv gedişə malikdir. Əsasən dəri, sinir sistemi, dayaq-hərəkət sistemi, ürəyin zədələnməsi ilə xarakterizə olunur.
Bu xəstəlik ilk dəfə 1975-ci ildə ABŞ-ın Laym adlanan yerində aşkar olunmuşdur.
Yoluxma, yoluxmuş gənə insanı dişlədikdə baş verir. Onun törədiciləri gənənin tüpürcəyi ilə dəriyə daxil olur, bir neçə günə çoxalır, sonra dərinin digər nahiyələrinə, daxili orqanlara yayılır. Törədicilər uzun müddət insan orqanizmində qala bilir, buna görə də xəstəlik xroniki xarakter daşıyır. Xəstəliyin xroniki forması xəstəlikdən bir neçə il sonra baş verir.
Laym xəstəliyi spesifik analizlər və simptomlara əsasən qoyulur.
Simotomları:
Gənə dişlədiyi yerdə dəri qızarır, qırmızı ləkə əmələ gəlir. Qırmızı ləkə tədricən böyüyərək diametri 1-10 sm-dən 60 sm-ə qədər böyüyür. Ləkənin forması dairəvi və ya oval olur. Ləkənin xarici kənarı tünd qırmızı olur, dəridən yuxarı qabarır. Ləkənin mərkəzi getdicə solğunlaşır və ya göyümtül olur. Gənənin dişlədiyi yerin mərkəzində qartmaq olur, sonra çapıq əmələ gəlir. Müalicə olunmadıqda ləkə 2-3 həftə qalır, sonra itir.
1-1,5 aydan sonra sinir sistemi, ürək və ya oynaqlar zədələnir. Qripəbənzər simptomlar- baş ağrısı, zəiflik, qızdırma, boğazda ağrı, əzələ ağrıları qeyd olunur. Oynaqlar qaynar, şişkin və ağrılı olur.
Nevroloji simptomlar-ifliclər ( daha çox üzdə), dəri həssaslığının pozulması, yuxusuzluq, eşitmənin itməsi qeyd olunur.
Ürək tərəfdən-aritmiya, ürək döyünmələrinin artması, bradikardiya, döş qəfəsində ağrılar, başgicəllənmə qeyd olunur.
Psixi dəyişiliklər - demensiya, depressiya ola bilər.
Ağırlaşmaları:
İlkin mərhələdə ürək, oynaqlar, sinir sistemi tərəfindən ağırlaşmalar ola bilər.
Siz nə edə bilərsiniz:
Ağır zəiflik yarananda istirahət edin. Aspirin və parasetamol qəbul etmək olar.
Həkim nə edə bilər:
Xəstəliyin müalicəsində antibiotiklər - tetrasiklinlər, penisillinlər istifadə olunur. Ağır hallarda antibiotiklər venadaxili qəbul edilir.
Oynağı bərpa etmək üçün cərrahi müdaxilə tələb olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1202   Tarix: 28 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

turlar.az

kosmetoloq gözəllik məhsulları makiyaj instagram xalq mahnilari sozleri şirniyyat reseptləri plovlar saglamlig kosmetika narin faydasi masturbasiya orqazm sperma baliq