"Lazım olsa, onu yazdığı bəstədən məhrum etdirərəm, ağıllı olsun..." - Rəqsanədən bəstəkara İSMARIC

"Lazım olsa, onu yazdığı bəstədən məhrum etdirərəm, ağıllı olsun..." - Rəqsanədən bəstəkara İSMARICXalq artisti Aygün Kazımova ilə müğənni Rəqsanə İsmayılova arasında "Hardasan" adlı mahnıya görə qalmaqal yaşanıb.

Mahnının bəstəkarı İsmayıl Əsədov Rəqsanənin mahnını lazımi qədər sevdirə bilməməkdə günahlandırıb. Məsələ ilə bağlı R.İsmayılova BiG.AZ-a danışıb. İfaçı üzünü İ.Əsədova tutaraq onu yalan danışmaqda ittiham edib:

"İsmayıl çox yekə danışmasın. Rəqsanə haqqında çox danışanlar sonda dizin-dizin üzr istəyir. Ona ürəyim ağrıyır, bu sıraya qatmaq istəmirəm.

Öncəliklə onu demək istəyirəm ki, bu mahnı bir layihə üçün hazırlanıb. Uzun müddət bundan öncə Gülağa Tənha layihə eləmişdi ki, onun şeirlərindən oxuyan və ən çox səs toplayan müğənniyə hədiyyə verilir. Mən Gülağanın şeirlərindən birini götürüb İsmayıl Əsədova təqdim etdim ki, mahnı bəstələsin.

Mən aranjemana pul verməmişəm. Mahnı və aranjemanla birlikdə 3 min dollar pul vermişəm. Bu hadisə 7-8 il öncə yaşanıb. Biz mahnını mp3-ə yüklədik. Hətta onu da qeyd edim ki, iTunes-a da yerləşdirmişik".

R.İsmayılova onu da qeyd edib ki, mahnını Aygün Kazımovadan sonra yox, əvvəl oxuyub:

"İsmayıl mənə müraciət etdi ki, biz mahnını Aygünə vermək istəyirik. Mən isə həmin ərəfədə qərara gəlmişdim ki, bütün köhnə aranjemanda olan mahnılarımı yeni aranjemanda tamaşaçılara təqdim edim və etdim də. Hazırda mahnılarımız İstanbulda aranjemandadır. Bu söhbətdən dostumuz Rəhim Rəhimli də xəbərdar olub. Rəhimlə Aygün mənə zəng vurub xahiş etdilər ki, mən facebook, instagram, youtube-dan mahnını yığışdırım. Mən isə cavabında dedim ki, Aygün belə edərdi? Əlbəttə ki, yox. Mən də mahnımı heç yerdən silmirəm və silmək də fikrim yoxdur".

Rəqsanə bildirib ki, özünü xoşbəxt müğənni hesab edir.

"Mən səhnəyə gələndə indi mənim repertuarıma müraciət edənlər vaxtilə məni bəyənmirdi. Bu gün Azərbaycanın xalq artistinin belə mənim mahnıma müraciət etməsi Azərbaycan səhnəsindəki boşluqdan xəbər verir. Çünki iki ildir Azərbaycanda yoxam, görürəm ki mahnı qıtlığı yaranıb. Rəqsanə kimlərəsə çörək qazandıracaqsa, buna görə özümə təşəkkür edirəm.
Aygündən qorxmuram. İsmayıl başından yekə danışmasın, onu peşman edərlər, ağıllı olsun".

Rəqsanə sonda onu da qeyd edib ki, özünü kiminləsə reklam etməyə ehtiyacı yoxdur:

"Aygün və ya başqa biri ilə özümü reklam etməyə ehtiyacım yoxdur. Pulum, qazancım, arxamda duran ərim var. Qaldı ki, İsmayıla, lazım gəlsə onu yazdığı bəstədən məhrum etdirərəm".

Xəbərlər     Baxılıb: 1644   Tarix: 29 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yemek reseptleri geyim dəbləri gozel gorunmek royanin oglu qripdən qorunmaq ibrətamiz sözlər könül kerimova kosmetika balıq oğlaq zehmet ve zinet maraqli hakistalar öpüşme