Makiyaj edərkən buraxılan səhvlər

Makiyaj edərkən buraxılan səhvlərQüsursuz görünmək hər bir xanım üçün vacibdir. Bu səbəbdən makiyajla gözəlliyi daha önə çıxartmağa çalışırlar. Lakin bəzən yanlış rəng və məhsul seçimi onları olduğundan daha yaşlı görünməsinə səbəb olur.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, makiyajdan düzgün və yerində istifadə mütləqdir. Gecə makyajı ilə bütün gün gəzmək düzgün deyil. Bu həm dərinin nəfəs almasını əngəlləyir, həm də zamanla yaşlanma prosesini sürətləndirir. Günlük makiyajdan az və təbii görünəcək şəkildə istifadə etməyə çalışın. Bunun üçün aşağıdakı nüanslara diqqət yetirmək sizə yardımçı olacaqdır.
Tonal krem
Hamar və bərabər şəkildə ton əldə etmək üçün öncə düzgün rəngi seçmək lazımdır. Tonal krem dəri rəngindən bir ton tünd olmalıdır. Tonal kremi seçərkən məhsulun keyfiyyətli olduğunu yoxlayın. Məsələn, alacağınız məhsulu mağazada üzünüzə çəkib gün ərzində rənginin dəyişib-dəyişmədiyini yoxlayın. Çox çəkmək, rəngi yanlış seçmək və üzdə düzgün formada yaymamaq sizi yaşlı göstərməklə yanaşı gizlətməyə çalışdığınız qüsurları daha da büruzə verəcəkdir.
Tuşdan istifadə
Tuşun səliqəsiz və sıx istifadəsi kirpiklərin ağırlaşmasına səbəb olur. Təbii və daha gənc görünməsi üçün az istifadə edin. İstifadə etdiyiniz tuşun kirpiklərinizdə yetərsiz olduğunu düşünürsünüzsə, laynerlə kontur çəkərək istədiyiniz həcmi tarazlaya bilərsiniz.
Konturu səhv çəkmək
Konturu qalın və ya düzgün olmayan şəkildə çəkmək sizi daha yaşlı göstərərcəkdir. Üz cizgilərinizi olduğundan daha zərif və kiçik göstərməyə çalışarkən, tam əksi ola bilər. Tünd çalarlardan deyil, ənlik kimi daha xəfif tonlarla təbii kontur çəkmək üzünüzü daha təravətli göstərəcəkdir. 
Qaş aralarını doldurmaq
Qaşdakı boşluqları həddindən artıq tünd karandaşla doldurmaq üzünüzü kobud göstərəcəkdir. Daha açıq rəng və ya daha az istifadə edərək fırça və ya qaş darağı ilə yaymağa çalışın. Artıq olan tündlüyü silməyə çalışın. Bu zaman təbii qaşlara sahib olacaqsınız ki, bu da sizi yaşınızdan daha gənc görünməyinizə imkan verəcək.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1616   Tarix: 06 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadin dunyasi yay kolleksiyasi kosmetoloq cins salvarlar facebook kakao vannalar kitayski roza kosmetika qurd xəstəliklərinə qarşı mualicə saglam qidalanma pizza novruz hakisdalari uşaq nece olur