Manana ailəsi ilə fotosunu paylaşdı
"2020-ci il bütün dünya tərəfindən çətinlikləri, böyük ağrıları, göz yaşları ilə yadda qalacaq. Mənim Azərbaycanım bu ildə ikiqat əziyyətə qatlandı".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Manana sosial şəbəkədə yazıb. Ailəsi ilə birlikdə fotosunu yayımlayan müğənni bunlarə əlavə edib:
"Bu mürəkkəblik bütün dünyada yaşayan Azərbaycan xalqını dəmir yumuruq kimi bir yerə topladı. Pisliyi fəth edən bu birlik oldu! Hörmətli Ali Baş Komandanın rəhbərliyi ilə cəsarətli Azərbaycan əsgərləri yeni bir tarix yazdılar. Şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad edəcəyik, yaralı əsgərlərimiz üçün şəfa diləyəcəyik. Azərbaycan xalqı dünyaya sübut etdi ki, vətəndən daha qiymətli heç bir şey yoxdur".
Sənətçinin şəklində həyat yoldaşı Georgi, oğlu Davit və qızı Elizabet yer alıblar.









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür