Manana anasının vəsiyyətini açıqladı
"Hamı zəng edirdi ki, haradasan, hara gələk? Amma telefonu kənara qoydum. 1 ay ərzində hər şeydən uzaqlaşdım. 1 ay sonra hamıya cavab verdim, təşəkkür etdim. Kədərli günü Allah hamıdan uzaq eləsin. Anam getmək zamanını bilirdi. O bilirdi ki, bacım, qardaşım, həyat yoldaşım var. Anam yoldaşımı oğlu kimi qəbul etdi".
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Manana Çaparidze "Qonaqcanlı" verilişində deyib. Anasının vəfatından danışan sənətçi ağır günlər yaşadığını bildirib.
Manana anasının vəsiyyətini açıqlayıb:
"Bir il efirə çıxmadım. Çünki bilirdim ki, ağlayacağam. İndi güclüyəm, anam göydən baxır. O işıq sönmür, mənimlədir. Anam son 7 günündə dedi ki, Manana sən həmişə oxu, parla. Həmişə rəngli geyin. Dedi, bil ki, sən oxuyursansa mən yaşayıram".
Axşam.az









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın