Masallıda DƏHŞƏT: Sürücüdən əxlaqsız təklif alan qadın özünü atdı
Masallıda dəhşətli hadisə yaşanıb.
Xanim.az Open.az-a istinadən məlumat verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Rəna Məmmədova (ad-soyad şərtidir) taksi ilə gedərkən sürücü ona əxlaqsız təklif edib. Bunu qəbul edə bilməyən qadın sürətlə hərəkətdə olan maşından özünü yerə atıb. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
Qadın bir gündən sonra özünə gəlib və ona olunan əxlaqsız təklif bir daha yadına düşüb. O, yenidən intihara əl atıb. Qadın bu dəfə çoxlu sayda güclü təsiredici həbb qəbul edərək canına qəsd edib. Həkimlərin səyi nəticəsində R. Məmmədovanın həyatı xilas edilib.
Baş vermiş hadisə ilə bağlı toplanmış materiallar Masallı rayon Prokurorluğuna göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir