Maşını sürətlə sürən Azərin başına görün nə gəldi - VIDEO
Aparıcı Azər Zahid "Gelandewagen" markalı bahalı avtomobili ilə test etməyə çalışıb.
Axşam.az-ın məlumatına görə, aparıcı "Dərnəgül" metrostansiyası yaxınlığında öz və digər "Gelandewagen" markalı maşını sürətlə sürərək fərqləri aydınlaşdırmağa çalışıb.
Avtomobillərin gücü yoxlanarkən polis hadisə yerinə gəlib. Onlar aparıcının "avtoxuliqanlıq" etdiyini düşündüklərini bildiriblər. Bu haqda A.Zahid özü xəbər yayıb.
"Çəkiliş etdiyimiz zaman polis əməkdaşları gəliblər. Onlar həm təhlükəsizliyimizi qorumağa çalışdılar. Həm də burada "avtoxuliqanlıq" etdiyimizi düşünüblər. Kameralarda iki maşının yarışması kimi görüntü əks olunub" deyə, Azər bildirib.
f Paylaş