Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan iddianı yalanladı

Mədəkiçiltmə əməliyyatı: Tanınmış cərrah çox danışılan iddianı yalanladı"Dünya praktikasında mədəkiçiltmə əməliyyatından sonra xərçəngin yaranması praktikası yoxdur. Bu məsələ gündəm deyil. Bir neçə il əvvəl bu fikir gündəmə gəlmişdi və öz açıqlamasını da tapdı. Bunun yanlış fikir olması ilə əlaqədar Azərbaycan Milli Onkologiya Mərkəzinin və Səhiyyə Nazirliyinin də müəyyən açıqlamaları olmuşdu. Hər kəsə də aydın oldu ki, bu əməliyyatın xərçəng yaratma ehtimalına aidiyyəti yoxdur".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri laparoskopik bariatrik-metabolik cərrah Taryel Ömərov bildirib.
Həkimin qənaətincə, müəyyən saytlar baxış sayını artırmaq üçün bu kimi yanlış məlumatlardan istifadə edib şou yaradırlar: "Yanlış informasiyalar insanlarda çaşqınlıq yaradır. Mədəkiçiltmə əməliyyatı xərçəng üçün risk faktoru hesab oluna bilməz. Əgər belə bir hal olsaydı, bu, dünya protokoluna çoxdan daxil olmuşdu".
Taryel Ömərov deyir ki, mədəkiçiltmə əməliyyatı maddələr mübadiləsini düzəltməyə doğru atılan bir prosesdir: "Bu əməliyyatdan sonra adətən insanlar çox az qida qəbul edib tez doyurlar. Biz pasientlərə məsuliyyətli bir şəkildə izah edirik ki, siz sağlam qidalanma ilə məşğul olmalısınız. Yəni normal ət, tərəvəz qəbul edin ki, bədəndə hər hansı başqa proseslər baş verməsin. Əlbəttə, istənilən şəxs üç gün yemək yeməsə, immuniteti düşər. Əgər insan bir həftə, 10 gün protein, yəni tərkibində zülal ehtiva edən qidalar qəbul etməsə, istənilən proseslər baş verə bilər. Ümumiyyətlə, xəstə əməliyyatdan sonra qidalanmasına xüsusi diqqət etməlidir".
"Bəzən həddindən artıq ağır çəkili insanın mədəsini kiçildən zaman onun qolları, ayaqları bədənə uyğun olmur. Adətən 170-180 kilolu pasientlər 80 kiloya düşəndən sonra onda dəri sallanmaları baş verə bilir. Bu dəri sallanmalarının korreksiyası üçün bir sıra cərrahi əməliyyatlara ehtiyac ola bilir",- deyə cərrah qeyd edib.
Adətən xəstəxanalar bu əməliyyata müxtəlif qiymət qoyurlar. Taryel Ömərov qiymət fərqini həkimin professionallığı, peşəkarlığı və əməliyyat zamanı istifadə etdiyi tək istifadəli alətlərin marka və sayı ilə izah edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1237   Tarix: 25 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim və ayaqqabılar gelinlikler kosmetoloq enli koftalar elm haqqında aforizmlər razyana çayı buxaq kosmetika heyati vətən hakışda atalar sozleri qoğalın nağlı