Məhkəmədən şəhidimiz Mübarizi təhqir edən psixoloqla bağlı ŞOK QƏRAR
Bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.
İdmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.
Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.
Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.
Buna səbəb isə Nərmin Şahmarzadənin faktiki ünvanının Xətai rayonu olmaması göstərilb.
Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.
Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.
mənbə: azxeber.com










Oğlumun müğənni olmasına əsla razı olmaram
Damar tıxanıqlığının əsas səbəbi bu imiş
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Yusuf Güney yenidən SAXLANILDI
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir
Xahiş edirəm, ayağa qalx
Özündənrazı olanlar düz yoldadır' - Zümrüd
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri
Demet Bakı konsertini təxirə saldı