Məkkədə olan, oğlana ərə gedən Cahid: "Məni ölümdən qurtardı, evləndik" - VİDEO - FOTOLAR
"Həyatımdan bezmişdim. İntihar etmək istəyirdim. Elə ölməyə hazırlaşanda o, peyda oldu. Onu sanki Allah yolladı".
Əslən banqladeşli olan 24 yaşlı Cahid Çoudhuri belə deyir. O, haqqında bəhs etdiyi 19 yaşlı Şon Roqana Uolsolldakı nikah və toy mərasimində ərə gedib.
Xanim.az Milli.Az -a istinadən bildirir ki, toy İngiltərənin Darlaston şəhərində olub. Cahid Britaniyada ailə quran ilk "mavi" müsəlmandır.
"Bu nikahdan sonra anladım ki, gey və müsəlman olaraq yaşamaq mümkündür, hətta yaxşıdır", - C.Çoudhuri söyləyib.
Cahidlə Şon iki sənə əvvəl, 2015-ci ildə tanış oldular.
Banqladeşdən olan müühacirlər ailəsində doğulmuş Cahidin iki qardaşı və bacısı var.
Və Uest-Midlenddə yaşayan 24 yaşlı Cahid Çoudhuri yaşamı boyu özünü narahat, naqolay hiss edirdi.
Cahidin sözlərinə görə, uşaq yaşlarında bacısının paltarlarını geyinir, kosmetikadan yararlanırdı. Futbolu seçməyən, televizorda moda verilişlərinə baxmağa üstünlük verən Cahidi anası söyür, atası və qardaşları döyürdü. Məktəbdə, məhəllədə onu ələ salırdılar. Banqladeşli qohumları ona "harum" deyirdilər ki, bu da çox ağır təhqirdir.
Ailəsi ona "müalicə" etmək üçün mollalar çağırıb, həkimlərə aparıb. Daha sonra isə Cahidi əvvəlcə Səudiyyə Ərəbistanına ümrə ziyarətinə, daha sonra Banqladeşə, müqəddəs məkanlara yollayıblar.
Fəqət, Cahid seksual azlıq olaraq qalıb.
15 il yollandığı, namaz qıldığı məsciddən qovulan Cahidi qonşuları, tanışları söyür, döyürdülər.
"Ailədə mənə anormal kimi baxırdılar. Həyatımdan bezmişdim. Darlastondakı parka yollanıb özümü asmaq istəyirdim. Skamyada oturub ağlayırdım, intihara hazırlaşırdım. Bu zaman mənə bir gənc yaxınlaşdı, ürək-dirək verməyə başladı. Şonla belə tanış olduq. Məni Məkkəyə belə yollamışdılar ki, "normal" olum. Amma Şonla tanış olandan sonra həyatım normallaşdı", - Cahid söyləyib.
Cahiddə Şon indi İspaniyaya, bir həftəlik "bal ayı"na yollanıblar.














Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz