Məktəbli uşaq təsadüfən müdafiə nazirinə ZƏNG ETDİ - İNANILMAZ DİALOQ - FOTO
Vaşinqton ştatında, kiçik şəhərcikdə yaşayan, orta məktəbin qəzetində çalışan məktəbli jurnalist Pentaqonun rəhbərindən müsahibə alıb.
Xanim.az xəbər verir ki, bir dövlət rəsmisinin əlindəki qovluqda yazılmış telefon nömrəsi "The Washington Post" qəzetinin fotokameralarına tuş gəlir. Həm uzaqdan çəkiliş, həm də mikroskopik kiçik olan nömrə fərqinə varılmadan nüfuzlu qəzetdə dərc olunur.
Məktəbli jurnalist telefon nömrəsini oxuya bilir və ABŞ-ın müdafiə naziri Ceyms Mettisə zəng vurur. Nəticədə, Mad Dog "quduz it" ləqəbi ilə tanınan Pentaqon rəhbəri nəinki uşağın xətrinə dəyir, hətta geniş müsahibə verməyə razılaşır.
"Yeniyetmə-jurnalist özü bu hadisəni əsl möcüzə adlandırıb", - deyə NBC telekanalının reportyoru Emi Marino danışır.
Müsahibənin özündə elə bir xüsusi açıq məqam yoxdur: bu, sadəcə Ceyms Mettisin ABŞ-ın xarici və daxili siyasəti üzrə mövqelərinin xülasəsidir. Pentaqon rəhbəri gənc Fişerin ona zəngini qəbahət saymayıb, əksinə, nəyəsə nail olmağa çalışan, təşəbbüskar gənclərə kömək məqsədilə cavab vermək qərarına gəlib.
mənbə: publika.az
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz