Mən arıqlamaq istəyirəm

Mən arıqlamaq istəyirəmHal-hazırda artıq çəki problemindən çoxları əziyyət çəkir. Artıq çəki ilə mübarizə aparmamışdan qabaq ideal çəkinizi müəyyənləşdirmək lazımdır.
Bunun üçün adətən aşağıdakı formuladan istifadə olunur:
- Boyun uzunluğu 165 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 100
- Boyun uzunluğu 166-175 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 105.
- Boyun uzunluğu 175 sm-dən artıq olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 110.
Əgər sizin bədən quruluşunuzun tipi astenikdirsə (uzun ətraflar, uzun nazik boyun, nazik sümüklər), onda alınmış nəticəni 10% azaltmaq lazımdır. Əgər sizin bədən quruluşunuzun tipi hiperstenikdirsə (iri sümüklər, qısa ayaqlar, enli çiyinlər, enli döş qəfəsi və çanaq sümüyü), onda alınmış nəticəni 10% artırmaq lazımdır. Normal proporsional bədən quruluşunda formulaya uyğun aparılan hesablamanın nəticəsi sizin ideal çəkiniz hesab olunur (misal üçün, boy 168-105=63 - ideal çəki).
Artıq çəki probleminin effektiv şəkildə həll edilməsi üsulu pəhrizlər hesab olunur. Amma pəhrizə "oturmamışdan" qabaq, artıq çəki ilə daha sadə üsullarla mübarizə aparmağa çalışmaq lazımdır. Əgər çəkinizin artıq olduğunu hesab edirsinizsə, onda ilkin olaraq karbohidratlardan (un və qənnadi məmulatları, kartof, şirin içkilər, şirniyyatlar və s.) istifadə edilməsini minimal həddə qədər azaldın. Belə ki, məhz karbohidratlar artıq çəkinin əsas "günahkarlarıdır". İştahanı artırdıqları üçün, həmçinin duzlu, kəskin, hisə verilmiş məmulatlardan, yağlı və qızardılmış yeməklərdən də imtina etmək lazımdır. Qida rasionunuzda daha çox meyvə, tərəvəz, sıyıqlar və tərkibində yağı az olan süd məhsullarının olmasına da diqqət yetirin. Gün ərzində təxminən 1,5-2 litr maye qəbul edilməsi də vacib hesab edilir (bura şorbalar da daxildir).
Normal qidalanmanın və maddələr mübadiləsinin əsas şərti - qida qəbulunun vaxtıdır. Bu məqsədlə bir neçə qaydaya əməl etmək lazımdır: gecə yemək olmaz, sonuncu qida qəbulu yatmamışdan 4 saat əvvəl olmalıdır; hər gün eyni vaxtda qidalanmaq məsləhət görülür. Mədənizi bir dəfəyə çox yükləməyə də cəhd etməyin. Çalışın ki, qidanı gün ərzində 4-5 dəfəyə, kiçik hissələrlə qəbul edəsiniz.
Çəkini pəhrizsiz azaltmağın yaxşı üsulu təbii alma sirkəsinin qəbul edilməsi hesab olunur. Bu məqsədlə hər dəfə qida qəbulundan əvvəl 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və yarım çay qaşığı bal qatıb içmək lazımdır. Sirkə diş minasını zədələdiyi üçün  bundan sonra mütləq ağızı yaxalamaq məsləhət görülür. Əlbəttə ki, mədəsində müəyyən problemləri olanlar üçün sirkədən istifadə etmək zərərlidir.
Arıqlamaq üçün otlardan hazırlanmış müxtəlif çaylar da yaxşı effekt verir. Belə çayları həm aptekdən almaq, həm də ev şəraitində hazırlamaq olar. Qarğıdalı saçaqları və kətan toxumları iştahanı azaltmaq təsirinə malikdirlər. Qarğıdalı saçaqlarından hazırlanan dəmləmə nəinki iştahanı azaldır, həmçinin yüngül sidikqovucu və ödqovucu təsir göstərərək, maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını da azaldır.
Arıqlamaq üçün daha bir çay resepti: 1 xörək qaşığı otlardan ibarət qarışığın  (çobanyastığı, gicitkən, dəvədabanı, boymadərən, razyana, cirə, cəfəri, şüyüd, pıtraq və zəncirotu kökləri) üzərinə 1 stəkan qaynar su töküb dəmləmək, süzmək və gün ərzində 2-3 dəfə adi çay kimi içmək lazımdır. Artıq çəki ilə mübarizədə yaşıl çay (o şlakları çox yaxşı təmizləyir), həmçinin itburnu, qara qarağat, moruq çayları da müsbət təsir göstərir. Əgər siz qidalanmağınıza məhdudiyyət qoymağınıza baxmayaraq çəkiniz azalmırsa və ya əksinə olaraq, artırsa, onda mütləq həkimə müraciət etmək lazımdır. Bu hər hansısa bir xəstəliyin əlaməti ola bilər.
Yadda saxlamaq lazımdır ki, pəhriz nəticəsində orqanizmin sağlamlığına ciddi zərər yetirə biləcək bir sıra hallar və xəstəliklər vardır. Məhz buna görə pəhrizə "oturmamışdan" qabaq mütləq həkimlə də məsləhətləşmək lazımdır.
Bütün dünya dietoloqları mono-pəhrizlərdən istifadə etməyi məsləhət görmürlər. Mono-pəhriz bir ərzaqla qidalanmadır (qarabaşaq pəhrizi, qarpız pəhrizi, alma pəhrizi, qatıq pəhrizi və s.). Bu pəhrizdən sonra aclıqdan "qorxan" orqanizm qısa bir müddət ərzində daha artıq miqdarda "piy ehtiyatı" yığmağa başlayır və nəticədə insan pəhrizdən əvvəlki çəkidən də daha artıq çəki yığmış olur.
Ona görə də pəhriz tutmağa qərar verdikdə azkalorili pəhrizi seçmək lazımdır. Bu cür pəhrizi uzun müddət - 2-3 ay tutmaq olar. Belə pəhrizlər orqanizmə zərər vermir, əksinə, onu sağlam edir. Pəhriz saxlamaq üçün ən yaxşı vaxt yay aylarıdır. Bu vaxt pəhrizdən başqa, güclü tər ifrazı, yüksək aktivlik (qış fəsli ilə müqayisədə), aclıq hissini boğan isti hava, kalorisi az olan meyvə və giləmeyvələrin bolluğu da arıqlamağa kömək edir.
Əgər növbəti gündən pəhriz tutmağa qərar vermisinizsə, onda əvvəlki günün şam yeməyi çox yüngül, məsələn, salat və bir stəkan qatıqdan ibarət olmalıdır.
Qeyd etmək lazımdır ki, əgər siz pəhrizlə paralel olaraq heç olmasa yüngül fiziki hərəkətlər etməsəniz, onda ən yaxşı pəhriz belə, yüksək nəticə verməyəcəkdir. Gözəl bədən quruluşuna sahib olmağın ən yaxşı üsulu trenajor və ya fitnes-zalda təcrübəli məşqçinin rəhbərliyi altında məşq etməkdir. Əgər belə bir imkanınız yoxdursa, onda saytımızda təqdim olunan "Yaxşı bədən quruluşu üçün fiziki hərəkətlər kompleksi" adlı məqalədə göstərilmiş fiziki hərəkətlər kompleksindən istifadə edə bilərsiniz. Çəkini azaltmağa su proseduraları da yaxşı kömək edir. Müntəzəm olaraq hovuza getmək yalnız bədən çəkisinin azalmasına deyil, həmçinin bədən əzələlərinin möhkəmlənməsinə də kömək edir. Arıqlamaq məqsədi ilə, ümumiyyətlə bacardığınız qədər çox hərəkət etmək (piyada gəzmək, qaçmaq, rəqs etmək və s.) tövsiyə olunur.
Kosmetik salonda edilən masaj (əl və ya aparatla), müxtəlif bürünmələr və s. bu kimi proseduralar da arıqlamağa yaxşı kömək edir.
Azkalorili pəhrizin variantı
Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li qatıq içilməsinə icazə verilir. Səhər və nahar, nahar və şam yeməklərinin arasında iki alma və ya portağal və ya hər hansı başqa meyvələr (banan və üzümdən başqa) yemək olar. Pəhriz zamanı spirtli içki, şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu və hisə verilmiş yeməklər rasiondan tam çıxarılmalıdır. Yeməyi buxarda hazırlamaq, tam yağsız bişirmək lazımdır. Salata limon şirəsi də vurulur. Yemək porsiyası çox olmamalıdır - 150-200 qr. Çörək isə sutkada 1-2 dilim və ancaq qara olmalıdır. Sutkada 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur). Pəhriz zamanı yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.
Birinci səhər yeməyi (təxminən saat 8-də) - su ilə hazırlanmış sıyıq (qarabaşaq, yulaf, arpa, buğdadan) və ya parda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 dilim qara çörək və ya az miqdarda pendirlə 1 dilim çörək.
İkinci səhər yeməyi (təxminən saat 10-da) -100 qram kəsmik və ya şirnisiz yoqurt və ya limon şirəsi sıxılmış tərəvəz salatı və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.
Nahar (təxminən saat 12-13-də) - qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı və ya tərəvəz şorbası. 1-2 dilim qara çörək də əlavə etmək olar.
İkinci nahar (saat 16-17) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 100 qram kəsmik və ya bioyoqurt.
Şam yeməyi (saat 18-19) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 150 qram kəsmik.
Bu pəhrizi 2-3 ay tutmaq olar. Lazımi nəticəni əldə etdikdən sonra bu nəticəni saxlamaq üçün rasionda şirniyyat, un məmulatları, yağlı, qızardılmış, duzlu yeməkləri kəskin məhdudlaşdırmaq lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 11 sentyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri həkim məsləhəti bəxtiyar vahabzadə intim pozalar güllərin mənası parfümeriya kosmetika faydalı məsləhətlər birlik dolca saglam qidalanma şebnem tovuzlu