"Mən bunu qısqanclıq adlandırıram": Murad Arif - MÜSAHİBƏ + FOTOLAR

Bu həftə Xanim.az saytının müsahibi tanınmış ifaçı, bəstəkar olmaqla yanaşı, aparıcı kimi də məşhurlaşan Murad Arifdir.

Necəsiz?
-Təşəkkür edirəm.

Yeni klipiniz uğurlu alınıb. Sözləri, musiqisi özünüzə aiddir?
- Bəli, 99% mahnılarımı özüm yazıram.

Niyə məhz, Dilarə Kazımova?
-Mahnım rok olmasa da ona rok yanaşma var və obraz olaraq Dilarəni yaxın gördüm. Format olaraq onun dinləyicisi mənim hədəfim idi.

Hədəfinizə çata bildiz?
-Bəli, artıqlaması ilə.

Düşünmürsüz ki, Günay İbrahimli, Sevil Sevinc və digər müğənnilərdən biri olsaydı daha çox reytinq olardı?
-Xeyir, çünki bu mahnımda hədəfim başqa idi. Başqa bir auditoriya idi.
Məsələn, Elvin Mirzəzadə bir mahnısı ilə böyük bir auditoriya yığdı. Buna münasibətiniz necədir?
-Deyim ki, çox qulağa xoş ifadır, mahnının mesajı da yaxşıdır. Bu gün Azərbaycanda o janrı dinləyən insanlar daha çoxdur. Buna baxmayaraq, mən o məqsədə yönəlmirəm. Məhdud auditoriyaya xitab edən bir şəxs olaraq adını çəkdiyiniz sənətçilərdən bəlkə də, daha çox efirdə oluram və daha çox pul qazanıram.
Bilirik ki, şou biznesdə qruplaşma var. Murad Arif hansısa qruplaşmaya daxildir?
-Özüm ifa etməyə başladıqdan sonra anladım ki, heç bir qruplaşmaya aid deyiləm. Hamı ilə mehriban olduğum qədər də çalışıram məsafəli olum. Ailəvi gəliş - gedişdən ümumiyyətlə söhbət gedə bilməz.
Sənət dostlarınızı evinizə buraxmaqdan qorxursuz ya ailənizdə qısqanclıq var xanım dostlarınıza qarşı?
-Xeyir, qətiyyən.O barədə heç bir problem yoxdur.
Qalmaqallardan çox uzaq olsanız da başı bəlalı tac məsələsi ilə bağlı fikirlərinizi öyrənmək istəyərdik.
-Mən bu tac məsələsində prinsipial deyiləm. Əsas odur ki, bilirəm kimə qulaq asıram. Problem tacda deyil əgər, bir nəfərin başqasına qarşı nəsə iddiası varsa, o daim dalaşmağa bəhanə tapacaq.

Şoumen, müğənni, bəstəkar ən cox hansı sahədən daha çox gəlir götürürsünüz?
- Bəstəkar kimi son iki ildir demək olar ki, yalnız özüm üçün mahnı yazdığımdan bu sahədə gəlir çox azdır. İlə demək olar iki mahnı yazıram.

Mahnılarınızı satdığınız zaman baha satırsınız ya necə?
- İlk mahnım 1500 manata satılıb.

Satdığınız mahnıları özünüz də ifa edirsiniz deyilmi?
Bəli, çox elə mahnılarım var ki, özüm də ifa edirəm.
Bu zaman izləyicilərin reaksiyası necə olur?

-Cox müsbət. Olduqca maraqla qarşılanır.
Sanki sizə çox kanallarda qadağalar var. Sizcə bu nə ilə əlaqədardır?
-Mən bunu qısqanclıq adlandırardım. Uğur olan yerdə qısqanclığın olması normaldır. O qədər olub ki, üzümə gülərək iştirak etdiyim çəkilişləri efirə verməyiblər. Lakin, mən buna reaksiya vermirəm çünki bu mənim ailə büdcəmə ziyan deyil. Ziyan olduğunu düşündüyüm zaman başqa alternativ yollara əl atacam.
Ailə demiş övladlarınızla bağlı planlarınız nədir?
- İşimin cox olmasına baxmayaraq ailə mənim üçün çox vacibdir. Və ailəmə daim vaxt edirəm. Övadlarımın təhsili üçün lazım gələrsə son pencəyimi belə sataram. Onları təhsilsiz qoymaram.
Həyat yoldaşınızla qohumsuz?
-Xeyir, qətiyyən! Hətta, biz başqa ölkələrdə yaşayırdıq. Həyat yoldaşımla forumların birində tanış olduq. Düşüncələri, həyata baxışı xoşuma gəldi. Simpatiya böyük sevgiyə çevrildi.
Sosial şəbəkələrdə fəalsınız. Özünüz nəzarət edirsiniz?
-Bəli, özüm idarə edirəm. Hər statusumu yazmadanda öncə yüz ölçüb bir biçirəm.

İctimai problemlərə daha çox reaksiya verirsiniz. Heç deyən olur ki qarışma?
-Xeyir, mənim analizlərim elə gətirib məni "Status" kimi verlişin aparıcısı etdi. İnsan istəyir ki, daim haqqı desin.İki övladım var. Bir valideyn, vətəndaş kimi nələrəsə müdaxilə etməliyəm.Tənqid olmasa inkişaf olmaz.
Bir zamanlar Rafet El Romana çox pərəstiş edirdiniz indi necə?
-"Yalancı şahidim" mahnısından sonra ona qulaq asmıram. İlk iki albomunu daha cox sevirəm.
Aparıcı və müğənnilikdən əlavə bir gəlir yeriniz varmı?
- Xeyir. Çünki Murad Arif sənətçi olaraq cəmiyyətdən maddi tələbatını ala bilən bir müğənnidir. Ona görə buna ehtiyac duymuram. Lakin, gələcəkdə ola bilər.

Bəs olub ki, sizi sevən imkansız bir ailənin tədbirində qanararsız iştirak edəsiz?
-Xeyriyyə fəaliyyətimlə bağlı danışmaq istəmirəm. Özünüz maraqlansanız ətrafdan bu suala cavab tapacaqsınız.
Yeni duet gözlənilir?
- Bəli.
Bu dəfə tərəf müqabili kimdir?
- Hələki axtarışdayam.
Konsert necə gözlənilir?
-Bu barədə danışmayacam. Sadəcə gözləyin. İstəyim var.

Bilirik ki, bacınız da aparıcıdır. Onun da, sizin də gözəl danışıq qabliyyətiniz var. Bu səlist nitq hardan qaynaqlanır?
-Mütaliədən asılıdır. Könül məndən daha çox mütaliə edir, həmçinin, konservatoriyanı bitirib. Amma, ailəmizin də böyük rolu var. İmkanlı ailə olmasaq da, ziyalı olmuşuq. Çox pulumuz olmasa da, çoxlu kitabımız olub. Mühit insanı formalaşdırır.
Bu yaxınlarda bir həmkarınız demişdi ki, müğənni xanımla ailə həyatı qurmaq olmaz. Bu fikrə münasibətiniz necədir?
- Hesab edirəm insanın ləyaqəti peşeyə bağlı bir şey deyil. Bu gün elə ləyaqətli xanım müğənnilərimiz var ki, hərəsi bir evin işığıdır.
Səidə Sultanla aranız necədir? İş birliyi gözlənilirmi?
- Mən artıq digər müğənnilərə mahnı yazmıram. Duet lazım olarsa təklif edə bilərəm. Düşünürəm təklifimi rədd etməz.
Sizcə hansı fəsildə hansı mahnı daha təlabatlı olur.
-Bu daha çox radioların qoyduğu formatla bağlı olur. Bəzən fəsilə aid olmayan mahnı da ola bilər ki, sevilib təlabatlı olsun. Məsələn, Natavan Həbibiyə yazdığım "Damlala"lar mahnısı kimi. Bütün yay o mahnıya boyu təlabat var idi.
Şou biznesdə nömrə bir kimdir sizcə? Daha çox hansı müğənnilərlə məclislərdə və ya tədbirlərdə rastlaşırsınız?
-Axır vaxtlar Şəbnəm, Damla, Pərviz,Talıba daha çox tələbatın olduğunu görürəm. Hər dövrün öz starı, öz auditoriyası olur.
Fikrimcə, Röya və Aygünə əvvəlki qədər təlabat yoxdur. Bu reytinqi oxucularımız bizə göstərir. Yəni xəbərin oxunma sayı ilə bunu müşahidə edə bilirik. Bəs siz necə düşünürsünüz?
- Xeyir, düşünürəm siz qeyri - obyektiv yanaşırsız. Röyanın Mir Yusiflə oxuduğu "Səndən bir dənədir" mahnısı hələ də reytinqli mahnılar siyahısındadır. Hər ifaçının öz kütləsi var. Məncə nə Röya, nə də Aygün öz aktuallığını itirməyib.
Geniş müsahibə və maraqlı məlumatlar üçün çox sağ olun.
- Siz sağ olun.
Şahidə Tapdıq
Elman Məmmədov
"Mən bunu qısqanclıq adlandırıram": Murad Arif - MÜSAHİBƏ + FOTOLAR"Mən bunu qısqanclıq adlandırıram": Murad Arif - MÜSAHİBƏ + FOTOLAR"Mən bunu qısqanclıq adlandırıram": Murad Arif - MÜSAHİBƏ + FOTOLAR

Xəbərlər     Baxılıb: 2098   Tarix: 15 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

toy makiyaji sekilleri maskalar adlarin menasi etiraflar balın faydaları karolın ve gızlı dunya ızle janrlar kosmetika sac modelleri qaynana novruz haqistalari vətənə aid bayatı arxadan olmag