"Mən o günü heç vaxt unutmayacam" - İLHAM ƏLİYEV

"Mən o günü heç vaxt unutmayacam" - İLHAM ƏLİYEVPrezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovanı "Heydər Əliyev" ordeni ilə təltif edib.
Qadinsayti.az-ın məlumatına görə, İlham Əliyev deyib:
- Əziz və hörmətli Zeynəb xanım.

Mən sizi, ilk növbədə, qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı öz gözəl sənətinizlə sevindirirsiniz. Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı sizi çox sevir. Siz bunu yaxşı bilirsiniz.

Ulu öndər Heydər Əliyev həmişə sizə çox böyük diqqət, qayğı göstərib, həm 1970-1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə. Ulu Öndər sizi çox qiymətləndirirdi, çox sevirdi. Xatırlayıram ki, atam təqaüddə olan zaman siz Moskvaya gəlib ona baş çəkdiniz. Mən də o görüşdə iştirak edirdim. O vaxt da siz öz iradənizi, öz mərdliyinizi göstərmisiniz. Çünki o vaxt Heydər Əliyevə qarşı əsassız ittihamlar irəli sürülübdür. Ovaxtkı sovet və Azərbaycan rəhbərliyi ona qarşı kampaniya aparırdı. Onun, necə deyərlər, qanadı altında böyümüş insanların bir çoxu ona nəinki baş çəkmirdi,
hətta zəng etməyə də qorxurdu.

Yəni, mən o günləri çox yaxşı xatırlayıram və heç vaxt unutmuram. Siz isə Moskvada, onun evinə gəldiniz. Mən də o görüşdə idim. Ona mənəvi dəstək verdiniz. Sizin çox gözəl, səmimi söhbətiniz olubdur. Mən o günü heç vaxt unutmuram və unutmayacağam.

Siz xalqımızın mərd qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz. Bu gün Azərbaycan parlamentinin üzvü kimi də Sizə çox böyük hörmət var. Çünki Siz xalqımızı narahat edən məsələləri daim diqqətdə saxlayırsınız, öz prinsipial mövqeyinizi göstərirsiniz. Buna görə də mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzu etmək istəyirəm.

Xalq, dövlət qarşısında göstərdiyiniz böyük xidmətlərə görə mənim Sərəncamımla siz Ulu Öndərin adını daşıyan, dövlətimizin ən ali mükafatı – "Heydər Əliyev" ordeni ilə təltif olunursunuz. İcazə verin, bu yüksək mükafatı, bu ordeni sizə təqdim edim.

Daha sonra Azərbaycanın ən yüksək dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunmasını ona göstərilən böyük diqqətin və qayğının ifadəsi kimi dəyərləndirən və buna görə minnətdarlığını bildirən Xalq Artisti Zeynəb Xanlarova xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsini dərin ehtiramla yada salıb:

- Ay Allah, kaş Ulu Öndərimiz sağ olaydı və görəydi ki, Siz bu ordeni mənə vermisiniz.

Ulu öndər Heydər Əliyevin elm, mədəniyyət və incəsənət xadimlərinə həmişə yüksək qayğı göstərdiyini vurğulayan Xalq Artisti bu ənənələrin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq hissi ilə qeyd edərək deyib:

- İnanın, mən bütün dünyanı gəzmişəm. Yəni, mən dünyanın harasına getmişəmsə mükafatlar almışam. Ancaq inanın, aldıqlarım mükafatların içərisində həyatım boyu ən çox sevdiyim bu ordendir. Mən həmişə deyirəm, bu cavanlığında adam Azərbaycanı elə bil təzədən qurub-yaradıb.

Mən ömrüm boyu Sizə minnətdaram. Həmişə demişəm, Siz əsl kişinin oğlusunuz. Siz Heydər müəllimin yadigarısınız. Sizə Allah bundan sonra yüz il ömür versin və Siz Azərbaycanı yaşadasınız.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Sizinlə gənclər də, ahıllar da fəxr edirlər. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, Zeynəb xanım.

Xəbərlər     Baxılıb: 1860   Tarix: 26 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

turlar.az

qis geyimləri 2026 hamiləlik hamilelikde qidalanma qara qaragat ulduzların gözəllik sirləri saglamliq haqqinda piroq reseptləri kosmetika novruz hakisdalari cekc pornuxa 8 mart sanamalar buga burcu