Mərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTO

Mərhum sənətkar, yazıçı, 20 ildən artıq AzTV-də rejissor və redaktor, vəzifəsində çalışan Maarif Məmmədovun qızı Fidan Məmmədovanın toy mərasimi keçirilib. Bu haqda rejissorun həyat yoldaşı, aktrisa Sədaqət Maarif Milli.Az-a məlumat verib:

"Həyat yoldaşımın yadigarı, qızım Fidana toy etdik. Çox gözəl və yaddaşlara həkk olunacaq bir məclis oldu. Siz təsəvvür etməzsiniz ki, Maarifin sənət yoldaşları necə canfəşanlıqla toyda iştirak etdilər. Mən onlardan yerdən-göyə qədər razıyam. Yoldaşım rəhmətə gedəndə onlar bizim ailəmizə daha da yaxın oldular. Bir dəqiqə də olsun Maarifin sənət yoldaşları bizi unutmadı. Biz hamımız bir-birimizin xoş günlərində çox sevinirik. Toyu, demək olar ki, elə Maarifin aktyor dostları apardı. Onlar həm oynadılar, həm oxudular, bir sözlə öz istedad və bacarıqlarını əyani şəkildə göstərdilər. Ata evindən onu Maarifin əmisi oğlu, əməkdar artist Ayşad Məmmədov çıxardı. Bu çox təsirli bir məqam idi. Amma toyun sonuna qədər ata kimi oğlum bizim yanımızda oldu. Təbii ki, Maarifin yoxluğu toyda çox görünürdü... Qızım Fidan onun toy məclislərinin birində bəylə gəlinə etdiyi təbrik səsini götürüb, fotoların üstünə montaj etmişdi. Siz təsəvvür edin ki, onun səsini eşidən hər kəs kövrəldi... Hamı elə bildi ki, Maarif bir anlıq qızını təbrik edib, getdi. Ümumilikdə bu xoş günümüzdə gəlişi ilə bizə xoş dəqiqələr yaşadan bütün sənət yoldaşlarımıza təşəkkürümüzü bildirirəm".
Mərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTOMərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTOMərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTOMərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTOMərhum sənətkarın qızının toyunda kövrək anlar yaşandı: "Atasının arxivindən elə bir səs yazısını tapdı ki..." - FOTO

Xəbərlər     Baxılıb: 6123   Tarix: 22 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr