Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
35 yaşında vəfat edən "The Ring" filmində "Samara" rolunu canlandıran aktrisa Deyvi Çeyzin ölüm səbəbi bəlli olub.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Los-Anceles İl Tibbi Ekspertiza İdarəsinin açıqlamasında onun ölüm səbəbi QİÇS (AIDS) olaraq göstərilib.
Hesabatda həmçinin xroniki çoxsaylı maddə istifadəsi (polysubstance use) ölümə təsir edən əlavə amil kimi qeyd olunub.
İlkin mərhələdə aktrisanın yaxın çevrəsi onun meningit və ağır qan infeksiyası (sepsis) səbəbilə öldüyünü bildirmişdi. Lakin son tibbi ekspertiza nəticələri bu iddianı dəyişdirərək rəsmi səbəbi AIDS kimi təsdiqləyib.
Xatırladaq ki,Deyvi Çeyz "The Ring" filmində Samara rolu və "Lilo & Stitch" animasiyasında Lilo obrazının səsi ilə dünya şöhrəti qazanmışdı.
Aysel









Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Mehriban Xanlarova buna görə verilişlərə getmir
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu