Məşhur müğənni Yeni il konsertində biabır oldu – VİDEO
Nyu-Yorkun "Times Square" meydanında Yeni il bayramına həsr olunmuş konsert proqramı amerikalı müğənni Meray Keri üçün qalmaqalla başa çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, müğənni "Emotions" mahnısını ifa etməli idi, lakin fonoqramda problem yaranıb. Keri oxumağa cəhd belə etmədən paltarında mikrofon axtarmağa başlayıb.
"Nə isə, Yeni iliniz mübarək. Biz bu mahnını yoxlamamışdıq. Lakin o birinci nömrə oldu, bunu dəyişmək olmayacaq", - müğənni özünə haqq qazandırmağa çalışaraq tamaşaçılara oxumağı təklif edib.
Növbəti mahnı da uğursuz olub. Kerri lazımsız anlarda mikrofonu aşağı endirirdi. Nəticədə müğənni "yaxşı olmadı" etiraf edərək səhnəni tərk edib.
Sonradan Keri sosial şəbəkələrdə pərəstişkarlarından üzr istəyib. Lakin internet artıq Meray Keri 2016-cı ilin "son qurbanı" olması barədə zarafatlarla dolu idi.
"Vaxtının bitməsinə 15 dəqiqə qalmış 2016-cı il son qurbanını özü ilə apardı - Meray Kerinin karyerasını", - Twitter istifadəçilərindən biri yazıb.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR