Məşhur müğənninin qardaşı saxlanıldı
İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Şile Bələdiyyəsinə dair yeni əməliyyat keçirilib.
azxeber.com xəbər verir ki, İstanbul və İzmir şəhərlərində eyni vaxtda həyata keçirilən reydlərdə 18 nəfər barəsində saxlanılma qərarı icra olunub.
İstintaqın bələdiyyədə birbaşa satınalmalar, tikinti icazələri və istismar sənədlərində qanunsuzluq, həmçinin rüşvət müqabilində qanunsuz gəlir əldə edilməsi iddiaları ilə bağlı olduğu bildirilir.
Saxlanılanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də var.
Şübhəlilərin polis idarəsində dindirilməsinin davam etdiyi, istintaqın isə yeni sübutlar əsasında geniş şəkildə aparıldığı qeyd olunub.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib