Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildiNyu-York federal məhkəməsi P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs barədə qərar çıxarıb.
azxeber.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, məhkəmə ona 4 il 2 ay həbs və 500 min dollar cərimə cəzası verib.
Belə ki, bu ilin iyul ayında Nyu-York məhkəməsi Kombsu iki maddə - cinsi istismar və fahişəliyə cəlb etmədə təqsirli bilib. Məlum olub ki, o, dəfələrlə müğənni Kessi (Kessi Ventura) də daxil olmaqla iki keçmiş sevgilisini dəbdəbəli hotellərə aparıb, onları başqa kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib və prosesləri lentə alıb.
ABŞ federal prokurorları ona minimum 135 ay həbs cəzası verilməsini və 500 000 dollar cərimələnməsini tələb etmişdilər. Müdafiə tərəfi müvəkkilin bu ilin sonunda azadlığa buraxılmasına icazə verərək 14 aylıq həbs cəzası istəyib. Hökm çıxarılmazdan əvvəl "P.Diddy" özü hakim Arun Subramanyana məktub göndərərək peşman olduğunu, o cümlədən 2016-cı ildə Los-Ancelesdə hotelin dəhlizində Kessinin döyülməsinə görə peşmançılıq keçirdiyini bildirib. Repçi özünün 7 övladı və 84 yaşlı anası üçün hakimdən "mərhəmət" istəyib.
Sənətçinin məktubunda deyilir: "Köhnə mən həbsxanada öldü, yenisi doğuldu. Həbsxana səni ya dəyişdirəcək, ya öldürəcək – mən həyatı seçirəm".
Lakin hakim bildirib ki, reper bütün məhkəmə prosesində heç vaxt iki qadını pul müqabilində başqa kişilərlə cinsi əlaqəyə məcbur etməklə bağlı günahını etiraf etməyib. Bundan əlavə, hakim onun qadınların başqa kişilərlə cinsi əlaqədə olmasının səs yazılarını dərc etməklə hədələməsini ağırlaşdırıcı hal hesab edib.
Qeyd edilir ki, istintaq təcridxanasında olarkən "P.Diddy" məhbus yoldaşları üçün özünü təkmilləşdirmə kurslarına başlayıb həmçinin yanaşı kamerada olan çinli milyarder Quo Venguy ilə gənclərə kömək etmək üçün süni intellekt platforması yaratmaqla bağlı razılığa gəlib.
"Qafqazinfo" 

Şou Biznes     Baxılıb: 1160   Tarix: 04 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq

Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib. xəbər verir ki, Sankt-Peterburq məhkəməsi sənətçinin fərdi sahibkar Georgi Baranovskiy

.

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Mehriban Xanlarova buna görə verilişlərə getmir

Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb. Aktrisa bu barədə canlı yayımda olarkən danışıb. O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib. "İşləmirəm

.

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova təxminən iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya aparılıb. Sənətçinin qızı Hülya anasının əməliyyat olunduğunu və reanimasiyaya yerləşdirildiyini bildirib. xəbər veri

.

Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiy

.

Elnarə Abdullayeva nənə olacaq

Əməkdar artist Elnarə Abdullayeva nənə olacaq. xəbər verir ki, bu barədə aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində məlumat verib. O bildirib ki, xanəndənin qızı Xədicə ana olmağa hazırlaşır. E.Abdullayev

.

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

Tanınmış müğənni Kəmalə Qaramollayeva "İllərin hesabatı" adlı solo konsert proqramı ilə böyük səhnəyə qayıdır. xəbər verir ki, ifaçı 25 noyabr 2026-cı il saat 20:00-da Heydər Əliyev Sarayında səhnəyə çıxacaq. Gecəd

.

Ülviyyə Əliyevaya ağır itki

Akademik Musiqili Teatrın aparıcı aktrisası Ülviyyə Əliyevaya ağır itki üz verib. xəbər verir ki, sənətçinin atası vəfat edib. Aktrisa atasının vəfat etdiyini -a təsdiqləyib. O bildirib ki, atası ikinci dəfə insult keçiri

turlar.az

qadin dunyasi geymler 2026 toy gecesi ana və uşağın ev məktəbi qadın psixologiyası xamali piroq valideynə məsləhət kosmetika masqalar vətən haqqında bayatılar kökəlmək üçün masturbasiya salam