Mətanət efirdə bir yerdə yaşadığı kişidən danışdı: Ailəli adamdır - VİDEO
"Mətanətin şəxsi həyatında kimsə var?"
Milli.Az xəbər verir ki, bu sualla Nanə Ağamalıyeva proqramında qonaq olan Mətanət Əsədovaya müraciət edib.
Son zamanlar KİV mənsublarına etdiyi açıqlamalarda sevgilisinin olduğunu hər fürsətdə bildirən xanım müğənni, "Şou ATV"dəki bu etirafı ilə hər kəsi məəttəl qoyub.
Məlum olub ki, Mətanətin "sevgilim var" açıqlamaları yalandan verilən məlumatdan başqa bir şey deyilmiş:
Deyim düzünü? O gərək Mətanət xarakterdə ola ki, mən onu deyim. Hamısı boş şeylərdir, yalandan! Mən deyirəm də, qarşıma çıxan - "kitayski" saqqız tez çürüyür e, ondandır. Yoxdur, olmayacaq da!
Bilirsən niyə olmayacaq?
O, bir kərə oldu. Mən həmin insanın özünə də demişəm. Demişəm ki, mən bir kərə sevildim. O sevgi də getdi. Kaş ki, o mənim həyatıma yazılaydı. Onu özüm itirdim. Günah məndədir. O, qızıl hərflərlə ürəyimin ortasına yazıldı. Amma o insanın başqa bir işi də var. Kaş ki, anam sağ olaydı, onu görəydi. Onun işi ayrı bir işdir. Bəlkə də o insanı mən indi görürəm, bəlkə də görmürəm. O, mənim unudulmaz həyatıma yazılıb. O, evlənib, hazırda ailəli adamdır. Allah onu o dərəcədə xoşbəxt eləsin ki, bugündən belə mənə gələn xoşbəxtliyi Allah məndən alıb, ona yazsın. Çünki, 4-5 il də olsa, mən onunla özümü xanım kimi hiss etdim. Onu tanıyırsan da! Adını deməyəcəm".
Xatırladaq ki, təxminən iki həftə öncə Mətanət Əsədova maqazin proqramlarından birinə sevgilisindən danışmışdı:
"Ağ atlı şəhzadə, əlbəttə, var. Hələ bir il yoxdur. O, mənə icazə vermir. Qısqancdı. Baxanda bilinir".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir