Mətanətin məşhur villası söküldü - Pulu verilməyib?
Əməkdar artist Mətanət İsgəndərlinin üçmərtəbəli villasının sökülməsi barədə xəbər yayılıb. Bildirilib ki, müğənninin Səbail rayonu ərazisində yerləşən mənzili plana düşüb. Əməkdar artist ona verilən məbləğlə razılaşmayıb. Bu səbəbdən söküntü zamanı icra nümayəndələri ilə sənətçi və oğlu Kərimin dava etdiyi iddia olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, müğənninin Şeyx Şamil küçəsində yerləşən villasının söküntüsünü "Pilot Residence" yaşayış kompleksi həyata keçirib. Belə ki, müğənni sözügedən şirkətlə razılığa gəlib. O, hazırda ailəsi ilə birgə kirayə qalır.
"Qafqazinfo" mövzu ilə bağlı əməkdar artistin mətbuat nümayəndəsi Zəminə Rüstəmova ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib:
"Mətanət xanımın və ailəsinin etirazı şirkətin müqavilə imzalanmadan söküntülərə başlamasına görə olub. O məsələ də həll olundu, istənilən məbləğ ödənildi. Yəni böyük bir problem olmayıb".
Qeyd edək ki, Mətanət İskəndərlinin villasının söküntüsü zamanı icra nümayəndələri ilə mübahisə xəbərini "Bizim Yol" qəzeti yayıb.











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin