Metro istifadəçilərinin DİİQƏTİNƏ! YENİLİK - Bundan sonra...

Metro istifadəçilərinin DİİQƏTİNƏ! YENİLİK - Bundan sonra...Bakı Metropilitenində bir sıra yeniliklər edilib.
"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, Bakı Metropolitenində 2015-ci ildə çoxfunksiyalı diaqnostika kompleksinin istismara verilməsindən bəri 60 km-dən artıq yol plan və profildə əla qiymətə layiq vəziyyətə gətirilib. Keçən ilin sonuna artıq qeyri-kafi qiymətli yol qalmayıb.
"Yaxşı" və "kafi" qiymətli yolların uzunluğu 2015-ci ildə 30 km-ə yüksəldilmişdisə, artıq həmin yollar "əla" kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 km-ə endirilib.
Yol təsərrüfatı dünya praktikasında ilk dəfə daşınması asan olan planşet və noutbuklarla təchiz olunub. Bu isə kompleksin qeydə aldığı irihəcmli göstəriciləri yerində əyani şəkildə təhlil etməyə, problemlərin əsas səbəblərini operativ surətdə müəyyən etməyə, nəticə çıxarmağa və s. araşdırmalara imkan verir.Ümumiyyətlə, 2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib.
Yeniliklər sırasında bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi də diqqətə layiqdir. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub.
Keçən il Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk xəttin - Bənövşəyi xəttin 5,5 km-lik sahəsi istismara verilib. Burada metropoliten yolları üçün daha bir əhəmiyyətli yenilik rels-qaynaq sahəsində edilib. Belə ki, yeni xətdə relslər və təmas relsləri yoldan çıxarılmadan alümin-termit üsulu ilə qaynaq edilir.
Ən əhəmiyyətli yenilik isə yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Bu yeniliyin tətbiqi nəticəsində yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, şpalların ölkəyə kənardan gətirilməsi asılılığının azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Sonrakı dövrlərdə istismarda olan yollarda da beton bloklar taxta şpallarla əvəz ediləcək.
Prosesin məntiqi yekunu Bakı Metropoliteninin Avropa standartlarına - hazırda dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.

Xəbərlər     Baxılıb: 2577   Tarix: 28 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma

Havanın çirklənməsi qidalanma və fiziki aktivlik dəyişməsə belə, bədəndə piyin artmasına və əzələ kütləsinin azalmasına səbəb ola bilər. xəbər verir ki, Balear Adaları Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri İspaniyad

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

turlar.az

yaz geyimleri 2026 həkim məsləhəti qadin dunyasi qadın sinəsi karolın ve gızlı dunya ızle qadın müdafiəsi hamiləliyə hazırlıq kosmetika nagillar insan sekis atalar sözləri novruz bayramina aid hakistalar