"Meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir"
Meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiya elan etməyib. Sadəcə nəzarət və profilaktika mərkəzləri bəzi xəstəliklərin pandemiya xarakteri alması təhlükəsi haqda narahatlıq ifadə edirlər.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Ümumdünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
"Bu xəbərlər ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxanların sayının artmasına görə yayılır. Pandemiya təkcə ölkədə yoluxanların sayı ilə deyil, həm də əhali sıxlığı ilə ölçülür. Ona görə də meymunçiçəyi pandemiyasından danışmaq hələ tezdir. Bunun hansısa pandemiya şəkli almamağının bir səbəbi hava-damcı yoluyla yayılmamasıdır.
Bununla bağlı lazımi işlər aparılır. ÜST-in tövsiyələri əsasında ayrı-ayrı ölkələr karantin və müalicə tədbirləri aparırlar. Bu məhdudlaşdırıcı tədbirlərin sayəsində meymunçiçəyinin qarşısını ala biləcəyik",- professor deyib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi