Millət vəkilinin qızı rayonluları TƏHQİR ETDİ - " Onlar kənddən gəlib Bakıda ..."
Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə rayon camaatını təhqir edib.
BiG.AZ xəbər verir ki, onun sözlərinə görə, təhsil müəssisələrində rüşvət almağı məhz rayon adamları "dəbə gətirib". Onun sözlərini təqdim edirik:
"Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir.
Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünümüdafiə halları yaradıb, bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil. Bakı mənim üçün doğmadır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır? Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər.
Gəlin, nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən, mərd olar, deməzsən, dərd olar.
"Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz