"Miss Rusiya" qaçaqmalçılığa görə həbs olundu - FOTO
"Miss Russia 2015"in qalibi Sofiya Nikitçuk Vnukovo hava limanında saxlanılıb.
azxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, model qızıl-zinət əşyalarının qaçaqmalçılığında şübhəli bilinir.
İstanbuldana Moskvaya uçan 31 yaşlı model Vnukovo hava limanında üzərində olan zinət əşyalarını gömrüyə bəyan etməyib və "yaşıl dəhliz"lə irəliləyib.
Hava limanının əməkdaşları modeli saxlayıb və aksesuarların dəyərini təxminən 12 milyon rubl qiymətləndiriblər.
Sofiyanın üzərində aşkarlanan "Patek Philippe" markalı saat, iki bahalı üzük və 750 karatlıq qızıldan hazırlanmış "Cartier" boyunbağı müsadirə olunub.
Nikitçukun sözlərinə görə, o, qızılları şəxsi əşyaları olduğu üçün bəyan etməyib. Qanunla isə onların dəyəri 1 milyon rublu keçərsə, bunu etməli idi.
Qeyd edək ki, model qaçaqmalçılıq və gömrük rüsumlarından yayınma ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Bu maddələrə görə, onu beş ilədək həbs gözləyir.
Aysel










Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı