Mobil telefonu yataq otağında saxlamayın

Mobil telefonu yataq otağında saxlamayınMobil telefonlar həyatımızın ayrılmaz aksesuarına çevrilsə də, mütəxəssislər onunla ehtiyatlı davranmağa çağırırlar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mobil telefonlar insan orqanizmini müəyyən dozada şüalandırır və əksər vaxtlar bunun fəsadları özünü göstərir. Ümumiyyətlə, radiasiya ionlaşdırıcı və ionlaşmayan növlərə bölünür. Onlardan ən təhlükəlisi rentgen, ultrabənövşəyi və qamma şüalarıdır. Cihazı ələ götürən kimi orqanizm radiasiyaya məruz qalır, eyni zamanda gözlər və yaddaş tədricən zəifləyir.
Milli.Az bildirir ki, həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Televizor və telefona çox baxanlarda uzağı zəif görmə əmələ gəlir. Mobil telefon və planşetlərin əks təsiri illər keçəndən sonra özünü göstərir. Boyun və baş ağrıları, bel və onurğa əyrilikləri əmələ gəlir".
Yuxuya gedərkən əllərində telefon olanlar üçqat şüalanmaya məruz qalırlar. Həkim-terapevt onu da qeyd edib ki, mobil telefondan mümkün olduğu qədər uzaqda durmaq lazımdır: "Xüsusilə yuxuya gedərkən telefon yataq otağından uzaq saxlanılmalıdır, çünki radiasiya beyinə çox mənfi təsir edir, həmçinin onun təsiri özünü yuxu pozuntuları, yorğunluq və halsızlıq şəklində də büruzə verir".
Son 20 ildə müxtəlif ölkələrdə tədqiqatçılar həmin problemlə əlaqədar 29 mindən çox elmi nəşr buraxıb, 1300 təcrübə, 300 epidemioloji tədqiqat aparıblar. Nəticədə məlum olub ki, smartfon ilk baxışda hiss olunmayan, lakin uzun müddətli narahatlıqlar yaradan digər mənfi təsirlərlə zərər verə bilər. Yatarkən ekrandan çıxan mavi işıq dalğaları bədəndəki melotonin istehsalını azaldır. Melotonin isə bioloji hormondur və bir növ axşam yuxusunun xəbərvericisidir. Ekrandakı işıq isə beyinə ötürdüyü siqnallar vasitəsilə yuxu hormonunun miqdarını azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1555   Tarix: 01 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

toy makiyaji sekilleri qadın geyimi qadin sayti pilinqin hazirlanmasi 2026 qadın ayaqqabı modelləri məsləhətlər xəmir xörəkləri kosmetika penis xanim.az sanamalar vusale elizade toy gecesi