"Müğənniyəm deyə, mənimlə heç kim evlənə bilməz?" - Nazpəri Dostəliyeva
"Haqsızlıqlarla üzləşdim, televiziyalardan uzaqlaşdım. Susdum, bilirsiz niyə? Mənə deyirdilər, niyə susursan, özünü müdafiə etmirsən? Nədən, kimdən, hansı qorxacaq işimdən özümü müdafiə edim? Mənəvi əziyyətim maddi əziyyətdən çox oldu".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "MTV özəl"də qonaq olarkən deyib. Müğənni efirlərdən uzaq qalmasından bəhs edib.
Dostəliyeva övladlarından danışıb. İfaçı bir müddət əvvəl açıqladığı "Oğluma müğənni qız almaram" fikrini təkzib edib:
"Bəlkə bu sözü övladlarım subay olanda demişəm, düzdür yadıma gəlmir. Amma fakt varsa, demək ağzımdan çıxıb. Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Demişəm, seçdikləri qıza baxıb, bir də sınaqdan keçirəcəm. Görüm necə övlad böyütmüşəm: yaxşı, ya pis.
Heç demərəm ki, oğluma müğənni qız almaram. Məndən sonra da bu sözü dedilər, yaxşı qarşılanmadı. Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hansı sənətin sahibi olursa olsun tərbiyəsi, əxlaqı, mənəviyyatı olsun. Belə gəlin hansı ocağa düşsə, o ev xoşbəxtdir. Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm". axşam.az









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?