Multivitamin bitki ÇAYTİKANI. Faydaları

Multivitamin bitki ÇAYTİKANI. FaydalarıÇaytıkanı əsl təbii "vitamin-mineral kompleksi" adlandırmaq olar.
Bu bitkinin tərkibində A, B qrupu, C, E, K, P vitaminləri, kalium, maqnezium, fosfor, dəmir, pektinlər, yağlı turşular (Omeqa-3-6-9) və s. faydalı maddələr var. Belə zəngin tərkibə görə çaytikanı qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Qədimdə çaytikanı dəri xəstəlikləri və nəfəs yolları iltihabları zamanı istifadə olunurdu.
Çaytikanı immun sistemini möhkəmləndirir. Çaytikanı dəmləməsi soyuqdəymə, virus və bakterial infeksiyaları zamanı çox faydalıdır - iltihabı azaldır, sağalmanı tezləşdirir. 1 stəkan çaytikanı blenderdə əzin və 2 xörək qaşığı balla qarışdırın. Bu təbii vasitəni immun sisteminin möhkəmləndirilməsi və həmçinin soyuqdəymə xəstəlikləri, öskürək  zamanı istifadə edin.
Nəfəs yolları iltihabları zamanı çaytikanı dəmləməsi (meyvələr, yarpaqlar, ağacın qabığı götürülür) inhalyasiya üçün istifadə olunur. Təzə çaytikanı olmadıqda isti suya 1 çay qaşığı çaytikanı yağı əlavə edin və inhalyasiya üçün istifadə edin.
Avitaminoz və qanazlığı zamanı çaytikanı şirəsi çox yaxşı müalicəvi təsir edir.
Saglamolun.az bildirir ki, çaytikanı xərçəng əleyhinə təsirə malikdir.
Tərkibində çoxlu  miqdarda A vitamini olan çaytikanı dərinin vəziyyətinə çox müsbət təsir edir - cavanlaşdırır, elastikliyini artırır. Məhz bu səbəbdən çaytikanı bir çox kosmetik kremlərin tərkibinə daxil edilir.
Çaytikanı həmçinin saçlara da yaxşı təsir edir - onları daha sağlam və parlaq edir. Quru cansız saçlara çaytikanı yağı ilə maskalar edin. Təmiz çaytikanı yağı həftədə 1-2 dəfə baş dərisinə massaj hərəkətləri ilə çəkilir, plyonka və dəsmalla örtülür. Maskanı 1  saatdan sonra yumaq lazımdır. 1-2 aydan sonra saçların vəziyyəti yaxşılaşacaq.
Çaytikanı dəmləməsi saçları möhkəmləndirir, saçların tökülməsinin qarşısını alır. Saçları yuduqdan sonra ilıq çaytikanı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır.
A vitamini həmçinin gözlərin sağlamlığı üçün çox vacibdir. Bu səbəbdən görmə problemləri olan insanlar çaytikanı yeməlidir. Həmçinin çaytikanı görmə problemlərinin  profilaktikası üçün çox yaxşı təbii vasitədir. Çaytikanı gözün buyuz qişası zədələmələri zamanı istifadə olunan preparatların tərkibinə daxildir.
Çaytikanı C və P vitaminlərlə zəngindir. Bu vitaminlər qanın laxtalanmasını azaldır, kapilyarları və damarları möhkəmləndirir. Bu xüsusilə varikoz xəstəliyi və babasil zamanı vacibdir. Varikoz xəstəliyi zamanı çaytikanı və onun yarpaqları dəmləməsində pambıq parça isladıb ayaqlarınıza islatma şəklində qoyun. Babasil zamanı belə islatmaları babasil düyünlərinin üzərinə qoymaq və çaytikanı dəmləməsi ilə oturaq vannaları etmək olar.
Çaytikanı yarasağaldan təsirə malikdir. Bu səbəbdən çaytikanı yağı müxtəlif yaraların və xoraların müalicəsində geniş istifadə olunur (mədə xorası, yanıqlar, uşaqlıq boynu eroziyası və s.).
Kalium və maqneziumla zəngin olan çaytikanı ürək əzələsini möhkəmləndirir. Bu səbəbdən ürək-damar sistemi xəstəlikləri olan insanlar çaytikanı təzə və həmçinin mürəbbə, şirə, dəmləmə şəklində qəbul etməlidir.
Həmçinin bu bitkinin tərkibində çox qiymətli Omeqa yağ turşuları var ki, bu yağ turşuları damarlarda xolesterinin yığılmasının qarşısını alır və bu da insult və infarkt kimi ağır pozulmaların profilaktikasında böyük rol oynayır.
Çaytikanı insanın dölyaratma sistemi üçün də çox xeyirlidir. Kişi potensiyasının (kişi gücü) bərpa olunmasında tərkibində çaytikanı olan preparatlarından istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1303   Tarix: 25 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

həkim məsləhəti geyim şəkilləri yaz geyimleri 2026 yataqda balıqlar bürcü 2026 gəlinliklər findiq qabiginin faydalari kosmetika ikizler xanim az qogal vətən həsrətinə aid bayatılar xanim.az