Murad Dadaşov: " Üç oğlum və xanımımla restorana girəndə... " - MÜSAHİBƏ - FOTO

- Mövzu, yoxsa keyfiyyət daha önəmlidir?

- Dünyanın ən bahalı əşyalarından biri brilyantdır. Kiçikdir, ancaq istədiyin rakursdan baxanda çox gözəl və fərqlidir.

- Film demişkən, ən son hansı yerli filmə baxmısınız?

- Sonuncu dəfə "Bəxt üzüyü 2" filmini izləmişəm.

- Bu filmi tənqid edənlər çox oldu. Sizin fikirləriniz necə oldu?

- Hər bir filmin müsbət və mənfi tərəfləri var. Bu filmin ikinci hissəsini çəkmək özü cəsarət tələb edirdi. Nəzərə alsaq ki, filmin ərsəyə gəlməsi mürəkkəb bir məsələdir. Mən hamıya qoşulub "Çox bəyəndim", yaxud "Heç bəyənmədim" deyə bilmərəm. Mənim rəyim çox subyektiv olar deyə, mən rəyimi bildirmirəm.

- Amma tənqid olmadıqca heç nə dəyişmir...

- Əlbəttə, tənqid oluna bilər. Ancaq bu gün ərsəyə gələn filmlər arasında heç də pis film deyil.

- Ümumiyyətlə, Azərbaycanda film istehsalı sahəsində nə çatışmır?

- Film sahəsində film çatışmır (gülür). Körpə uşağın danışığına gülürük, adam baxır zövq alır. Kinomuzun da bu hissəsindəyik, hər şey bizə şirin gəlir. Müəyyən vaxt keçəcək və biz həmin filmlərə başqa göz ilə baxacağıq. Ədəbiyyatımız, musiqi tariximiz çox dərindir, aktyor məktəbimiz çox yaxşıdır, bütün bunlar filmin inkişafına təkan verəcək.

- Zəngindir, ancaq əksər hallarda komediya çəkilir. Sizcə səbəb nədir?

- Kinoteatrın son zamanlarda mahiyyəti dəyişib. Biz nadir hallarda gedib dərin bir film izləmək istəyirik. Kinoteatra indi daha çox vaxt keçirmək, əylənmək üçün gedirik. Heç kim istəməz ki, dostları ilə bərabər filmə gedib ağlasın. Sadəcə son zamanlar filmlərdə yer alan nalayiq hadisələrə zaldakıların gülməsinə çox təəccüblənirəm. Elə şeylər görürük ki, bəzən deyirəm: Bu dərəcədəmi? Ehtiyac var idimi buna? Mən filmlərin insanları elə də dərindən düşündürməsini istəmirəm, ancaq olan-qalan milli dəyərlərimizi qorumaq lazımdır. Bizi digərlərindən fərqləndirən budur və onun müasir formada düzgün qaydada istifadəsi lazımdır.

- "Vine"ları izləyirsinizmi? Hazırda cəmiyyətdə "viner"lar ya çox sevilir, ya da çox tənqid olunurlar...

- İzləyirəm. Biləndə ki, bu insanlar peşəkar aktyor deyil, insana maraqlı gəlir. Biz sadəcə olaraq hər şeyə nədənsə çox diqqət ayırırıq. Bu fərdi bir məsələdir. İnsan öz səhifəsində, öz dostları üçün videolar yayımlayır. Bunu niyə ictimai tənqidə çevirirlər, bunu anlamıram. Elə bil imtahan komissiyasıdır. Hamı bir-birini tənqid edir. Nəyə lazımdır axı?! Onsuz da yaxşı şeylər yadda qalacaq, pis şeylər isə yaddan çıxıb gedəcək.

- Gün ərzində sosial şəbəkələrdə nə qədər vaxt keçirirsiz?

- Arada deyirlər instagrama nəsə yerləşdirin. Şəkillər yerləşdirilir ki, "mən səhər yeməyi yeyirəm" , "mən küçədəyəm". Bu mənə çox qəribə gəlir. Özümü buna uyğunlaşdıra bilmirəm, ancaq pis də baxmıram. Uşaqlar artıq böyüdükləri üçün onların şəkillərini yerləşdirmirəm, həyat yoldaşım fəlsəfə doktorudur və elmi işlərlə məşğuldur. Bunu üçün də sosial şəbəkələrdən uzaqdır. Qərara gəldim ki, itim Canqonun şəkillərini qoyum.

Murad Dadaşov: "Siqaret çəkmə, kino çək" müsabiqəsində təsirli film görmək istərdim" - MÜSAHİBƏ

- Televiziya kanallarında bəyəndiyiniz proqram varmı?

- Mənə elə gəlir ki, əksər televiziya xadimləri, televiziyaların istiqamətləndiriciləri və tanınmışlar bizim tamaşaçını düzgün tanımırlar. Onlar fikirləşirlər ki, yalnız müğənnilərin həyatı, qalmaqallar, ailə münaqişələri tamaşaçılara maraqlıdır. Küçədə insanların aqressiv simalarını görəndə təəccüblənməyin. Bütün hamısı axşam baxılan verilişlərdən qaynaqlanır. Əlbəttə, başa düşürəm ki, hardasa ailə zəmnində problemlər yaşana bilər, yaxud hardasa kimsə kimisə zorlaya bilər. Bunu biz bilirik. Ancaq telekanallar bunun üzərindən reytinq qazananda və sadəcə xəbər olaraq verib, sonra hansı hüquqi tədbirlərin görüldüyünü çatdırmırlar deyə insanlarda aqressiya yaranır.

- Mütəxəssislər deyirlər ki, maarifləndirici verilişlər lazımdır.

- Xeyr. Veriliş gərək maraqlı, düşüncəli, özündə əks-səda doğuran olsun. Televiziyalarımız yığışıb bir vahid sistem haqqında düşünməlidir. Camaatımızın bir qismi artıq türkcə danışır. "Filan" sözünü son zamanlar ancaq "falan" kimi eşidirəm. Dilimiz olmasa deyərəm normaldır. Ancaq bizim öz dilimiz var və istifadə etmək lazımdır. Hər şey ailədən də asılıdır. Uşaq danışdığı söz evdə deyilən sözlərdir. Uşaqlara evdə normal vaxt ayırmayıb tərbiyəni televizyalardan gözləməsinlər.

- Oğullarınızın hansı peşəyə yiyələnməsini istərdiniz?

- Böyük oğlum mühəndis olmaq istəyir. Şouya yönlənmələrini istərdim, ancaq hələ ki, heç birinin belə bir istəyi yoxdur. Buna görə çox heyifsilənirəm. Çünki mən onlara bu sahədən çox şey öyrədə bilərdim. Ortancıl oğlum çox yaradıcı insandır və mənə bənzəyir.
Murad Dadaşov: "Siqaret çəkmə, kino çək" müsabiqəsində təsirli film görmək istərdim" - MÜSAHİBƏ

- Azərbaycana hansı proqramı gətirməyi istərdiniz?

- Mən Amerika ilə çox bağlıyam. Hesab edirəm ki, müasir nə varsa hamısı oradan gəlir. "Late night show" formatı var, tanınmış aparıcı gün ərzində baş verənlərdən danışır və proqrama maraqlı qonaqlar gəlir. Dünyada kim nə istehsal edirsə televiziya onu alır. Ancaq bizdə almırlar, çünki gəlirləri o qədər də çox deyil. Bu isə çox bahalı proqramdır, həm də dünyada məşhur olan insanları gətirmək lazımdır. Bunun üçün maliyyə lazımdır. Düşünürəm ki, müəyyən vaxtdan sonra bunu edəcəm.

- Öz televiziya kanalınızı yaratmaq istərinizmi?

- Əlbəttə istərdim. Müəyyən vaxtdan sonra istərdim. Düşünürəm ki, zövqüm xalqın zövqünə yaxındır və intellektim də buna icazə verir. Kanal da olmasa vahid bir yayımçı platformamın olmasını istəyirəm.
Murad Dadaşov: " Üç oğlum və xanımımla restorana girəndə... " - MÜSAHİBƏ - FOTOMurad Dadaşov: " Üç oğlum və xanımımla restorana girəndə... " - MÜSAHİBƏ - FOTO

Xəbərlər     Baxılıb: 2293   Tarix: 06 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Ətirli tualet kağızı istifadə edənlərə xəbərdarlıq

Mütəxəssislər ətirli tualet kağızlarındakı kimyəvi komponentlərin ciddi allergik reaksiyalara və dəri yanmalarına səbəb olduğu barədə xəbərdarlıq ediblər. .  xəbər verir ki, gündəlik gigiyena məhsulları arasında yer ala

.

Bağırsaqların "düşmən"i olan QİDALAR

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər. həmin qidaları sizə təqdim edir:. Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsulla

.

Acqarına qara istiot çeynəməyin faydaları

Qara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur.  xəbər verir ki, səhərlə

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Ən sağlam yumurta növü açıqlandı: Növü yoxsa bişirilmə tərzi daha önəmlidir?

Mütəxəssislərə görə, yumurta orqanizmin özbaşına istehsal edə bilmədiyi doqquz əsas amin turşusunun hamısını ehtiva edən mükəmməl bir protein mənbəyidir.  xəbər verir ki, toyuq, ördək və ya bildirçin yumurtası arasında müəyyə

.

Uzunömürlülük və güclü əzələlərin sirri

Sağlam qocalmanın və əzələ gücünün qorunmasının açarı sadə qidalanma vərdişlərində gizlənə bilər. xəbər verir ki, mütəxəssislərə görə, hər gün fıstıq yağı istehlakı əzələ itkisi ilə mübarizədə effektiv rol oynayır. Araşdırmad

.

Koronavirusun gizli fəsadı ortaya ÇIXDI

COVID-19 sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğu yaradaraq autoimmun xəstəlikləri tətikləyə bilər. xəbər verir ki, bunu Pirogov University-nin dosenti Olga Zykova bildirib. Onun sözlərin

.

Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu

Gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam və gənc qalmaq üçün mühüm rol oynayır. xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm hərəkət yalnız fiziki görünüşü deyil, həm də bədənin bioloji yaşını müsbə

.

Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir

Səhərlər limonlu su içmək qaraciyər üçün faydalıdırmı? Mütəxəssislər bildirirlər ki, bu içki ölçülü şəkildə istehlak edildikdə, maye bərpası və C vitamini təmin edərək qaraciyər funksiyasını dəstəkləyə bilər.  xəbər veri

turlar.az

aksessuarlar sade makiyaj sekilleri donlar 2026 elm haqqinda atalar sözləri yay donları 2026 yalan haqqinda atalar sözləri biskvitli tort resepti kosmetika ginekoloq big.az xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır eqreb öpüşme