Musiqiçilər "paramparça"dır, imkan verin işləyək" - Tünzalə TƏBİB-ə səsləndi

Musiqiçilər "paramparça"dır, imkan verin işləyək" - Tünzalə TƏBİB-ə səsləndiHörmətli TƏBİ̇B, bütün pandemiya boyu qaydalara riayət edən və "evdəqal "kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət sahəsinə qarşı qadağalar davam edəcək?!".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. TƏBİB-ə müraciət edən müğənni işsizlikdən şikayətlənib:
"Nəzərinizə çatdırım ki , təəssüf əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif
hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də "paramparça" vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında.
Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşḩurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir: albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşḩurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Hələlik alternativ fəaliyyət imkanları da yoxdur. Bizdə məşḩur musiqiçi və artist olmaq iş adamı demək deyil - o, Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir. Bir ildir tamamən 100 faiz durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır". (Axşam.az)

Şou Biznes     Baxılıb: 2421   Tarix: 25 yanvar 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

turlar.az

maskalar sac duzumleri qadin dunyasi sağlamlıq qadınlarda erroziya sirin gilas biserli uzun donlar kosmetika novruza aid hakisda vətən haqqında bayatı qz eviyçun hakışta qaynanaya aid sağlıq