Mütəxəssislərdən ərzaqların soyuducuda saxlanma qaydaları haqqında
Alimlər müəyyən məhsulların soyuducuda neçə müddət təhlükəsiz saxlandığını araşdırıblar.
Tədqiqatlar nəticəsində balığın orijinal qablaşdırmadan çıxarıldıqdan sonra yalnız bir, çiy ət və ət məhsullarının isə iki-üç gün təhlükəsiz şəkildə soyuducuda saxlana biləcəyi bəlli olub. Bundan əlavə məlum olub ki, hisə verilmiş qızıl balıq iki həftəyə qədər, vetçina - iki gün, bekon - bir həftə, kolbasa məhsulları üç gün, tumsuz yumşaq meyvələr bir-iki gün, tumlu meyvələr üç-yeddi gün, salat üç gün, yaşıl tərəvəzlər üç-dörd gün, süd dörd-beş gün, yumşaq pendir iki-üç gün, bərk pendir və yumurta isə bir həftə soyuducuda qoruna bilər.
Danimarka Texniki Universitetinin mütəxəssisləri vakuum qablaşdırmanın təhlükəsizliyə zəmanət vermədiyini bildiriblər. Belə ki, bu qablaşdırmada müxtəlif ölümcül bakteriyaların ola biləcəyi istisna edilmir.
Ekspertlərin sözlərinə görə, vakuum qablaşdırmadan istifadə nəticəsində burada mövcud olan bir sıra bakteriyalara yoluxmuş xəstələrin dörddəbiri ölüm riski ilə üzləşir. Buna səbəb olaraq Listeria monocytogens patogenlərin oksigen çatışmazlığı şəraitində aqresivləşdiyi göstərilir ki, bu da onların insan orqanizminə daxil olduqda fəal hücuma keçmələri ilə nəticələnə bilər.
Elm adamlarının sözlərinə görə bu baxımdan süd, dondurma, pendir, ət, balıq və tərəvəz kimi ərzaqlar vakuum qablaşdırmada saxlandıqda insan orqanizminə təhlükə yaradır.
Azertag.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?