Namiq Qaraçuxurlu əməliyyat olunur: Ayağı...
Bir ay əvvəl ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq.
Xanim.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib.
O bildirib ki, bu gün ayağındakı gips açılıb:
"Mənim üçün nigaran qalıb "Ayağın necə oldu?" sualını verən insanlara məlumat verməyi özümə borc bildim. Bu gün əməliyyatdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasındadır. Həkimlərin məsləhəti ilə ayağımdakı gipsi açdıq. Bununla da vəziyyətim bir az da yüngülləşdi. O biri yaraların da sağalmasına bir az zaman lazımdır.
İçəridə "şurup"larla bağlanan titanı isə 1 il yarımdan sonra əməliyyatla xaric edəcəklər. Ayağa qalxıb yavaş-yavaş yerimək üçün hələ 3-4 həftə var. Sizin dualarınız və Allahın mənə verdiyi səbr, güc sayəsində 1 ayı geridə qoydum. Qayğıma qalan insanlara təşəkkür edirəm. Allahın verdiyi hər ana təşəkkür".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin