Natavandan "Hit-parad"da.. Şok AÇIQLAMA

Natavandan "Hit-parad"da.. Şok AÇIQLAMA"ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı müğənni Natavan Həbibi olub.

Sənətçi illərdir küsülü olduğu Elnarə Xəlilovanı onuncu yerə layiq görüb:

"Münasibətin bura dəxli yoxdur. Bir çox mahnılarında Elnarə özü deyil. Çalışır göstərsin ki, hər şeyi bacarıram. Səni tanıyırıq, kimə nə göstərirsən? Doqquzuncu yerdə isə Zamiq Hüseynovun yeni mahnısı olsun. Bu bəstə Zamiqin öz mahnısının plagiatıdır. Onu studiyada dinləyəndə elə bildim yenidən aranjiman etdirib oxuyur".

Natavan səkkizinci yerə İradə İbrahimovanı qoyub və onun tərəfini tutub:

"Mahnısının başlanğıcında mənə Vaqif Gərayzadənin yolunu xatırlatdı, sonra aranjiman dəyişdi. Getdi itdi. Başlasın yenidən oxumağa. Onun səsi, potensialı yerindədir. Bomba bir mahnı yazdırsın. Heç kim onun yerini tuta bilməz. Necə deyə bilərsən, müğənninin qatarı getdi? Olmaz.

Yeddinci Miri Yusifin "Ayıq sürücü" mahnısı olsun. Bu mahnını anlamıram. Elə bildim ki, reklam mahnısıdır. Miri Yusifin elə yaxşı mahnıları var ki...".

Həbibi altıncı pilləyə Sevda Yahyayevanı layiq görüb və onu sıradan bir bəstə adlandırıb. Beşinci yerə isə Samir Piriyevi yerləşdirib:

"Bodrumdakı oğlan. Bu yaxınlarda biz də onun yanına getməliyik. Mahnı yenidir, yoldaşı yazıb. Anara mənim bacılarımdan biridir. Klipdə min dənə qız var, Anara hara baxırsan? Məni əsəb alıb".

Natavan Brilliant dadaşovanı dördüncü edib:

"Brilliant xanım gündə bir mahnı çıxarır, heç nə dəyişdirmir, heç nəyi götürmür. Hər nə oxusa, elə birinci yerlərə layiqdir".

Müğənni illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovanın "Sus" mahnısını üçüncü sıraya layiq görüb:

"Bu yaxınlarda Aygün Kazımova Natavanın mahnısını üçüncü etdi və ünvanıma xoş sözlər eşitdim. Bu bizim borcumuzdur. Onu dördüncü edə bilməzdim və birinciyə qoya bilmərəm. "Sus" mənim üslubuma yaxındır. Bəyənməsəm, özümü danmış olardım. Klip bombadır.

İkinci yerdə Samir Cavadzadə olsun. Çox gözəl mahnıdır və əla oxunub. Tünzalə deyib ki, Samir bəsit mahnı oxuyub. Onunla razı deyiləm".

Natavan birinci pilləyə əməkdar artist Tünzalə Ağayevanın "Təqdim"ini qoyub:

"Tünzalə bütün günü işləyir, hit oxuyur. Mahnı yaxşıdır. Mənim də mahnımı birinci etmişdi. Bu da borcumu qaytarmağım olsun".

Sənətçi "Hit-parad"dan Əhməd Mustafayevi uzaqlaşdırıb.

axsam.az

Xəbərlər     Baxılıb: 1307   Tarix: 05 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

gözəllik məhsulları geyim şəkilləri yay kolleksiyasi körpəyə qulluq intim heyat qəbizlik tutun xeyri kosmetika maraqlı novruza aid hakisdalar orqazm azerb clpaq qadinlari oglan evi