Natavandan Röya və Elnarəyə barışıq addımı
Uzun müddətdir küsülü olan keçmiş "W-trio" qrupunun solistləri Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanın barışdığı iddia olunur.
Natavan "Planet parni iz Baku" komandasının onları parodiya etdiyi videonu İnstaqram səhifəsində paylaşıb. Müğənni paylaşımına "Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm" sözlərini yazıb.
Natavan paylaşımında şərh yerini də bağlayıb.
Qeyd edək ki, E.Xəlilova da bu günlərdə "Xəzər maqazin"ə açıqlamasında keçmiş rəfiqələrinin ünvanına təriflər yağdırmışdı. O, Natavan və Röyanın ünvanına "Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq" sözlərini deyib.
Xatırladaq ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavanın solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər demişdi.
axsam.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz