Natavanla Günayın geyim oxşarlığı - Biri 850 AZN, digəri isə…
Ötən gün Natavan Həbibinin tədbirlərin birində geyindiyi ağ paltar müzakirələrə səbəb olub. Həddindən artıq çəki atan ifaçının ağ və üzərində işləmələri olan libasın bənzərindən bir neçə ay bundan əvvəl Günay İbrahimlinin istifadə etdiyi ortaya çıxıb.
Günayın paltarının modeli digəri ilə eyni olsa da, qara və çiyin hissəsi bir qədər fərqlidir. İbrahimlinin sözügedən paltarını tanınmış modelyer Sultan Qədimbəyli 850 AZN-ə hazırlayıb.
Amma Natavan Həbibinin ağ rəngli geyimini isə Bakının məşhur mağazalarından biri 229 manata satır.
S. Qədimbəyli həmin paltarın özəl olaraq Günay üçün hazırladığını açıqlayıb.
Kiçik araşdırma zamanı məlum olub ki, İbrahimliyə təqdim olunan libas əslində ən böyük onlayn alış-veriş saytlarında satılır və həmin paltarın plagiat olduğu iddia olunur.
qafqazinfo











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz