Natiq Şiriyev məhkəməni uduzması ilə bağlı xəbərləri TƏKZİB ETDİ
Xalq artisti Natiq Şirinov ilk dəfə məhkəmədə uduzması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
azxeber.com xəbər verir ki, xalq artisti iddiaları təkzib edib.
"İncə səhər" verilişində məsələyə aydınlıq gətirən xalq artisti məhkəmədə qalib gəldiyini deyərək "Qaval daşı" qalmaqalına son qoyub:
"Mənim məhkəməyə müraciət etməyimə səbəb ideyamın oğurlanması idi. Çünki bu işin hüquqları məndədir. Sübut var, sənəd var. 2012-ci ildə Azərbaycan səhnəsinə "Qaval daşı"nın maketini simvolik olaraq mən düzəltdirib çıxartmışam. Hər kəs onun həqiqi qavaldaşı olduğuna inanmışdı. Mən elə aciz biri deyiləm ki, illərlə yanımda yetişən tələbə haqqıma girə və 4 ildir mənlə məhkəmədə mübarizə apara, mən də kənardan baxam.
Onlar yalandan məhkəmədə qalib gəlməkləri ilə bağlı xəbərlər yayıblar. Bunu da qarşı tərəfin vəkili edib. Mən ondan da şikayətçi olacağam. Amma qərar mənim xeyrimədir. Apelyasiyanı udduq, Ali məhkləməyə verdik, onda da qalib gəldik. Çünki o ideyanın mənim olduğuna dair sənəd var və bunu heç kəs icazəsiz kommersiya məqsədi ilə istifadə edə bilməz. Sadəcə onun məndən üzr istəməsi bəndi ləğv edlib. Qərar isə qüvvədədir. Mətn tam hazır olanda ictimaiyyətə çatdıracağıq".
Qeyd edək ki, Xalq artisti "Amarok" zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın