Nazirlik maşınları su qiymətinə satışa çıxardı — QİYMƏTLƏR
Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.
Xanim.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.
12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.
DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd "Fiat Doblo" və hərəsi bir ədəd olmaqla "Fiat Kombi Aktiv", QAZ-3110 və "Volksvagen Passat" avtomobilləri təqdim edib.
Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.
"Fiat Dablo"ların ilkin start qiyməti isə 4500 manatdır.
Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir