Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı

Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandıMeyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya görə ən sağlam qidalar açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı qiymətləndiriblər.
Milli.Az xəbər verir ki, araşdırmada qidaların kalium, lif, protein, kalsium, dəmir, tiamin, riboflavin, niasin, folat, sink və müxtəlif vitamin dəyərləri nəzərə alınıb.
Tərtib olunan qiymətləndirməyə görə kartof 100 baldan 10,51 bal alaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstəriciyə sahib olub.
Araşdırmanın nəticələrinə əsasən siyahı belə formalaşıb:
10-cu yer: Qara kələm - 62,49 bal
9-cu yer: Qıvrım kahı - 63,48 bal
8-ci yer: Cəfəri - 65,59 bal
7-ci yer: Yarpaq kahı - 70,73 bal
6-cı yer: Hindiba - 73,36 bal
5-ci yer: İspanaq - 86,43 bal
4-cü yer: Çuğundur yarpağı - 87,08 bal
3-cü yer: Çuğundur - 89,27 bal
2-ci yer: Çin kələmi - 91,99 bal
Zirvədə isə hər kəsi təəccübləndirən bir bitki dayanıb. Araşdırmanın nəticəsinə görə 100 baldan 100 bal alaraq birinci yerə çıxan tərəvəz - su tərəsi olub.
Mütəxəssislərin "Mükəmməl" adlandırdığı su tərəsi Brassicaceae (kələmkimilər) fəsiləsinə aiddir və lahana, brokoli, Brüssel kələmi kimi tərəvəzlərlə "qohumdur". K vitamini baxımından çox zəngin olan su tərəsi xroniki xəstəlik riskini azaldır.
Araşdırma ilə bağlı danışan dosent Dr. Jennifer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ xəstəliklər və bəzi xərçəng növləri daxil olmaqla çoxlu sayda xroniki xəstəlik riskini azaltma potensialına malikdir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 2516   Tarix: 28 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

turlar.az

gozel gorunmek makiyaj instagram qadin dunyasi maraqlı faktlar diş ağrısı psixologiya ərzaqlar kosmetika arxadan olmag bayatilar tapmacalar novruz bayrami aysel