Nə qədər ömrümüzün qaldığı gözümüzdən müəyyən ediləcək – Alimlərdən şok açıqlama

Nə qədər ömrümüzün qaldığı gözümüzdən müəyyən ediləcək – Alimlərdən şok açıqlamaNə qədər ömrünüzün qaldığını bilmək istərdinizmi?
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "British Journal of Ophthalmology" jurnalında dərc edilən bir araşdırma gözlərin ömür müddəti ilə bağlı bir çox ipucu daşıdığını göstərir.
Beynəlxalq tədqiqatçılar qrupunun fikrincə, insanın gözündəki torlu qişanın bioloji yaşı ilə ölüm riski arasında əlaqə var. 47 000 yetkin insanın iştirakı ilə aparılan araşdırmaya görə, torlu qişada bioloji saatla bağlı mühüm məlumatlar yer alır.
Gözün arxasında yer alan və vizual məlumatları qeyd edən, işığa həssas milyonlarla hüceyrədən ibarət olan torlu qişa insanın nə qədər ömrü qaldığını göstərə bilər. Belə ki, torlu qişası bioloji yaşından daha yaşlı olan fərdlərin növbəti 10 il ərzində ölmə ehtimalı daha yüksəkdir.
Bu araşdırmanın Alzheimer kimi xəstəliklər üçün xəbərdarlıq sistemi olaraq istifadə edilə biləcəyi deyilir.
Tədqiqatçılar 11 il ərzində 40-69 yaş arası iştirakçıları təhlil ediblər. Araşdırmada hər kəsin gözünün arxa səthi skan edilib. Eyni zamanda, məlumat bazasında yarım milyon iştirakçının genetik və sağlamlıq məlumatları qeydə alınıb. Tədqiqat qrupu torlu qişanın yaşının bir çox insanda fərqli olduğunu aşkar edib. Bundan sonra insanın bioloji yaşı ilə xronoloji yaşı, həmçinin torlu qişasının yaşı müqayisə edilib.
Bu fərqlər ürək xəstəliyi və ya xərçəng riskindən başqa, müxtəlif ölüm riskləri ilə əlaqələndirilir. Alimlər yüksək qan təzyiqi, bədən kütlə indeksi, həyat tərzi fərqləri və etnik mənsubiyyət kimi faktorları nəzərə alıblar.
Elm adamları torlu qişadakı səbəbli və ya səbəbsiz yaş artımının hər il üçün ölüm riskini 2% artdığını müşahidə ediblər. Tədqiqatçıların fikrincə, xəstəlik və ölüm riski yaşa görə inkişaf edərkən, eyni yaşda olan insanlarda da torlu qişanın transformasiyası dəyişir.
Tədqiqatın müəllifləri insanın torlu qişasının yaşını dəqiq proqnozlaşdırmaq üçün süni intellektdən istifadə ediblər. Üç ildən çox bir müddətdə təxmin edilən retina yaşı ilə faktiki yaş arasında ümumi düzgün əlaqə müşahidə edilib.
Nəticələrə görə, torlu qişası həqiqi yaşından daha qoca olan şəxslər "sürətlə qocalma" kateqoriyasına daxil ediliblər. Bu qrup adətən 3 ildən çox retina yaş fərqinə malikdir.
Ümumilikdə, tədqiqatın 28%-də beş illik, 4,5%-də isə 10 ildən çox retinal fərq olub.
Tədqiqatçılar torlu qişanın yaş fərqi ilə ölüm riski arasında davamlı güclü əlaqə olduğunu sübuta yetiriblər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1354   Tarix: 01 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim dəbləri qadın geyimi donlar 2026 gündəlik bürclər yay donları abqoranin hazirlanmasi qarabasaq kotleti kosmetika haxisda qiz evi ucun maya maskasi naz mila terezi