Bu hissin zəifləməsi qocalığın əsas əlamətidir

Bu hissin zəifləməsi qocalığın əsas əlamətidirYaşlı insanlarda qoxu hissinin zəifləməsi ürəyin işemik xəstəliyi riskini yüksəldə bilər.
Milli.Az xəbər verir ki, bu nəticəyə ABŞ-ın Miçiqan Dövlət Universitetinin alimləri gəlib.
Araşdırmanın nəticələri "JAMA Otolaryngology" jurnalında dərc olunub.
Tədqiqat "Atherosclerosis Risk in Communities" adlı uzunmüddətli araşdırma çərçivəsində beş mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Başlanğıcda könüllülərin heç birində ürək-damar problemi aşkarlanmayıb. Onların qoxu hissi 12 müxtəlif qoxudan ibarət testlə qiymətləndirilib və nəticələr "yaxşı", "orta" və "zəif" kimi təsnif olunub.
On il ərzində iştirakçıların 5,4 faizində ürəyin işemik xəstəliyi inkişaf edib. Analiz göstərib ki, zəif qoxu hissi olan şəxslərdə bu risk iki dəfə yüksəkdir. Əlaqə ilk illərdə daha güclü müşahidə olunub, lakin zamanla zəifləyib.
Tədqiqatçılar bildirirlər ki, bu əlaqə yaş, xolesterin səviyyəsi, siqaret çəkmə və şəkərli diabet kimi amillər nəzərə alındıqdan sonra belə statistik olaraq əhəmiyyətli qalıb.
Alimlərin fikrincə, qoxu hissinin zəifləməsi bədənin ümumi qocalmasının erkən əlaməti ola bilər və damar dəyişiklikləri ilə əlaqəli sistem pozğunluqları barədə xəbərdarlıq siqnalı kimi çıxış edə bilər.
Kardioloq Nil Şah qeyd edib ki, "əgər insan qəfil və izahsız şəkildə qoxu hissinin zəiflədiyini hiss edirsə, bu, orqanizmin digər gizli problemlərinin göstəricisi ola bilər və tibbi müayinə üçün ciddi səbəb sayılmalıdır."
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1090   Tarix: 08 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Talassemiya uşağa keçə bilərmi? - Açıqlama

"Talassemiya irsi (genetik) xəstəlikdir və valideynlərdən uşağa genlər vasitəsilə ötürülür". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyy

.

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA

Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdir

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

Yayda kondisioneri 24-25C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır. xəbər verir ki, mütəxəssislər otağ

.

Kartofun ziyanı da varmış

Kartofun həddindən artıq istehlakı 2-ci tip şəkərli diabet və maddələr mübadiləsi ilə bağlı digər pozğunluqların yaranma riskini artıra bilər. Bu nəticəyə kartofun sağlamlığa təsirini araşdıran yapon alimləri gəliblər. -

turlar.az

yay kolleksiyasi sade makiyaj sekilleri toy makiyajlari sirniyyatlar qonaq otagi dizaynlari sizanaqlara qarsi kabablar kosmetika 8 mart qurd ve quzu namiq qaraçuxurlu gunay bayatı