Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
Rusiyada məşhurlaşan Nəvai ləqəbli azərbaycanlı ifaçı Nəvai Bəkirov may ayında Moskvada baş vermiş yol-nəqliyyat hadisəsindən sonra şəhər infrastrukturuna vurulan zərərə görə məhkəməyə verilib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində işıqfor, onun quraşdırıldığı metal dirək, dirək üçün uzadıcı və iki yol nişanı zədələnib. Dəymiş zərərin aradan qaldırılması üçün aparılan təmir-bərpa işlərinin dəyəri 91 min 282 rubl (təxminən 2 min 22 manat) təşkil edib.
Qəza mayın 5-i axşam saatlarında Moskvanın Zubovski bulvarında baş verib. Nömrə nişanı olmayan avtomobili idarə edən Nəvai idarəetməni itirib. Avtomobil fırlanaraq yol kənarındakı dirəyə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Sənətçi qəzadan sonra paltarını dəyişərək başqa avtomobillə hadisə yerindən uzaqlaşmağa çalışıb.
Nəvai əvvəl bildirib ki, avtomobili yeni aldığı üçün hələ dövlət qeydiyyat nişanı quraşdırılmayıb. O, həmçinin yüksək sürətlə hərəkət etmədiyini, qəzanın səbəbinin avtomobildə quraşdırılmış yarış təkərləri olduğunu deyib. Daha sonra isə avtomobilin əslində icarəyə götürüldüyünü açıqlayıb.
/Axşam.az / azxeber.com









Vətən haqqında bayatılar
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
Məşhur aktyor vəfat etdi
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
"İflic olacağam və yataqda qalacağam