Nigarla Anar illər sonra üz-üzə gəldi
Avroviziya qalibi Nigar Camal və Anar Ağakişiyev 8 il sonrailk dəfə proqramda bir araya gəlib.
azxeber.com xəbər verir ki, Kazım Sübhanın təqdimatında yayımlanan "Mədəni şou"ya qatılan sənətçilər küsülü olduqları vaxtlardan danışıblar. Nigar Camal aralarındakı məsələni bu sözlərlə izah edib:
"Mən düşünürəm ki, bizim aramızda anlaşılmazlıq oldu və ara vuran insanlar var idi.Mən düşünmürdüm ki, nə vaxtsa Anarla barışaram. Ancaq sonra hiss etdim ki, ona qarşı kinim yoxdur.Mən düşünürəm ki, biz bu mövzuya daha sakit yanaşmalı idik. Ancaq xarakterlərimiz illər əvvəl daha fərqli idi.Ancaq indi Anar da, mən də daha sakit insanlarıq".
Anar Ağakişiyev isə bu sözləri əlavə edib:
"Mən Nigar xanımı silməmişdim. Bizim ortaq dostlarımız var. Aramızda böyük qalmaqal olmayıb, anlaşılmazlıq oldu.O qalmaqalda 3-cü şəxs də var idi. 3 nəfər bir-birini anlamadı. Bir-birimizə güzəşt etməli idik. Mən oraya Nigar xanımla getmişdim. Sonra digər xanımdan təklif gəldi. Bəlkə də daha öncədən iki xanımın arasında problem var idi və bu məsələ ilə daha da fitilləndi".
Xatırladaq ki, onlar arasında qalmaqal Türkiyədə keçirilən "Altın Kelebek" mükafatlandırma gecəsində baş vermişdi.









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
Hər evdə var, amma bu təsirini çoxları bilmir