"O, mənim yox, qaynımın oğludur" - Kərim illər sonra etiraf etdi
Müğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi "5/5" verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş:
"İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır.
İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir.
7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun".
Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin