"O, yalnız insan bədənində çoxalır"

Yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üçün qlobal səviyyədə səylər göstərilməsinə baxmayaraq, virus mutasiyaya məruz qalır və yeni ştamlar yaranır. İlk qeydə alındığı gündən indiyə qədər koronavirusun çox ştamı aşkarlanıb. Sonuncu qeydə alınan ştam isə daha sürətlə yayılan "omikron"dur. "Omikron" ştamının digərlərindən fərqi onun 30-dan çox mutasiyaya məruz qalmasıdır. Tədqiqatçıların fikrincə, immuniteti zəif olanlar digər ştamlar kimi "omikron"a da daha tez yoluxurlar. Ümumiyyətlə COVID-19 virusuna qarşı mübarizənin əsasında peyvəndləmə dayanır. Təəssüf ki, xəstəliyin müalicəsi üçün konkret kimyəvi dərman preparatı yoxdur. Ona görə də ilk və tək qorunma tədbiri vaksinasiyadır.
Milli.Az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Afət Novruzova deyib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19 xəstəliyinin baş qaldırması üçün virusun orqanizmə düşməsi lazımdır, çünki koronavirusun orqanizmdən kənarda çoxalma qabiliyyəti yoxdur: "O, yalnız insan bədənində çoxalır. Virus orqanizmə daxil olandan sonra hüceyrələrin tərkibindən istifadə edərək öz hüceyrəsini qurur. Belə olan halda, immun sistemi bədəndə yad cisim olduğunu hiss edir və reaksiya verməyə başlayır. Bədənin reaksiyası bir neçə simptomla özünü büruzə verir".
A.Novruzova, həmçinin qeyd edib ki, "omikron" ştamının sürətli yoluxduruculuq qabiliyyətinə malik olmasına baxmayaraq, xəstəlik ağciyər toxumasına daha az zərər verir: "Ona görə də "omikron" ştamına yoluxan xəstənin aşağı tənəffüs yolları nadir hallarda zədələnir. Yəni, belə xəstələrin pnevmoniya ilə xəstələnmə ehtimalı çox azdır. Simptomlar yoluxmadan, adətən, bir gün sonra özünü göstərir. Əzələ ağrıları, yorğunluq, iştahasızlıq, öskürək, burun axıntısı, boğazın qıcıqlanması, ürək çırpıntıları, xüsusən də gecə tərləmələri həmin ştamın əlamətləri arasındadır. Bəzi xəstələrdə "omikron" ştamı simptomsuz keçir, lakin bu, xəstəliyin tamamilə yox olacağı demək deyil. Nəzərə alaq ki, COVID-19 yayılmağa başladığı ilk günlərdə xəstəliyin gedişatı yüngül olurdu, bəziləri onu tamamilə simptomsuz başa vururdu. İstənilən halda, əlamətlərin zəif olmasına baxmayaraq, virus aşkarlanırdı. Daha sonralar isə virusun öldürücü olduğunun hər birimiz şahidi olduq. Eyni xüsusiyyətlər "omikron" ştamına da aiddir. Deməli, "omikron"un da növbəti günlərdə daha öldürücü olma ehtimalı istisna edilmir. Ona görə də qabaqlayıcı tədbirlərə etinasız yanaşmaq olmaz. Lazımi yerlərdə tibbi maska taxmaq, sanitar-gigiyenik qaydalara əməl etmək, əlləri tez-tez yumaq vacibdir. Əhalinin sıx toplaşdığı yerlərə vacib olmadıqda gedilməməlidir. Bundan başqa, əsas profilaktik tədbir olan vaksinasiyada da aktiv iştirak etmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 08 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda