Anar Nağılbazın atası oğlunun porno videosu haqda danışdı

Anar Nağılbazın atası oğlunun porno videosu haqda danışdıReper Anar Nağılbazın atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev keçmiş gəlini Anjelika Cəbiyevanın onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, sabiq deputat AzVision.az-a açıqlama verərək bildirib ki, o, Anjelikanın hərəkətlərindən bezdiyi üçün daxili işlər nazirinə müraciət edib, barəsində qanun çərçivəsində tədbirin görülməsini xahiş edib.

"Mən ərizə ilə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Oğlumun şikayət ərizələrinə Səbail və Abşeron rayon Polis İdarələrindən müsbət cavab almamışdıq. Bizə dedilər ki, Anjelikanın hərəkətlərində cinayət tərkibi yoxdur, gedin, məhkəməyə müraciət edin. Əslində oğlumun biabırçı videosunu yayıblar, onu el içində rüsvay ediblər. İstəyirdim ki, bunu yayan adam qanun qarşısında cavab versin. Nazir müraciətimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərdi. Oradan hər ikimizi çağırıb izahat aldılar. Aydınlaşdırma apardılar. Qərarı müstəntiq verəcək. Ondan sonra görüşməmişik", - deyə reperin atası bildirib.

R.Cəbiyev ailəsinin keçmiş gəlini ilə yaranmış mübahisələrə görə psixoloji zərbə aldığını söyləyib:

"Əslində mən onun işlərinə qarışmamışam. Ancaq bizi o qədər bezdirdi ki, nazirə müraciət etdim. İstədim ki, buna bir dəfəlik son qoyulsun. Ailəm bu məsələlərdən psixoloji zərbə alır. Yoldaşım da, mən də xəstə adamlarıq. Onun yalanlarını görüb daha da pis oluruq. Mən ona pislik istəmirəm, arzulamaram da. Amma yalan danışmaq yaxşı hərəkət deyil. Nəvələrimə həmişə biz baxmışıq, bu gündən sonra da baxmağa hazırıq. Anjelikanın bir məqsədi var, bu da bizdən ev almaqdır. Deyirəm ki, qızım, sənə ev düşürsə, get məhkəməyə müraciət et, mən bir söz demirəm".

Keçmiş deputat oğlunun intim görüntülərinin Anjelika tərəfindən yayıldığını hesab edir: "Onu ailəmin üzvü hesab etmişəm Belə hərəkətlər etməsi məni çox üzür. Sonuncu dəfə videonu yayanda zəng vurub, yaxşı hərəkət etmədiklərini dedim. Bundan xəbərsiz olduğunu dedi. Həmin video ondan başqa heç kimdə olmayıb. Anjelika və bacısı 7 il ərzində həmin video ilə Anarı şantaj edib. Yaxşı iş tutmadılar. Mən uşaqlardan imtina etməmişəm. Onlara yenə kömək etməyə hazıram. 2017-ci ilin noyabr ayına qədər uşaqların aliment pulunu, evlərinin kirayəsini, ərzaqlarını, pal-paltarlarını mən alıb vermişəm. Noyabr ayında ürəyimdən əməliyyat olunmalıydım. Ona dedim ki, başqa yerdən gəlirim olmadığını bilirsən. Gəl, noyabr, dekabr ayında aliment pulunu verim, ancaq digər yardımları iki aylıq dayandırım. Əməliyyatdan sonra həmin qayda ilə sizə kömək edərəm. Ev satılandan sonra payınızı da alarsınz. Razılaşmadı. Söz-söhbət bundan sonra başladı".

Xəbərlər     Baxılıb: 2847   Tarix: 30 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yemek reseptleri geyim dəbləri gozel gorunmek royanin oglu qripdən qorunmaq ibrətamiz sözlər könül kerimova kosmetika balıq oğlaq zehmet ve zinet maraqli hakistalar öpüşme