Oğrular əlil qızın səs aparatını oğurladılar - "Çox xahiş edirəm qaytarın, qızımla danışa bilmirəm" - FOTO
İngiltərədə baş verən oğurluq hadisəsi çoxlarını, hətta məşhurları belə narahat edib.
BiG.AZ milli.az-a istinadla xəbər verir ki, oğru fiziki qüsurlu qızın fikrini ifadə etmək üçün xüsusi olaraq hazırlanan və gözləri ilə əlaqələndirilən planşet formasında olan səs aparatını oğurlayıb.
"Ola bilər ki, oğrular cihazı adi planşet zənn ediblər deyə oğurlayıblar. Amma çox xahiş edirəm, onu qaytarsınlar. Qızımla ünsiyyət qurmaq üçün o planşet lazımdır", - deyə Paul Conson adlı ata sosial şəbəkədə müraciət edib.
İngiltərədə yaşayan 16 yaşlı fiziki qüsurlu Miya Thirlby həm də epilepsiya xəstəsidir. Atası onun üçün xüsusi proqramlaşdırılmış planşet hazırlatdırıb. Belə ki, qız hara baxırsa, planşetdə həmin cismin adı yazılır və səsləndirilir və qızın valideynləri cihaz sayəsində onunla əlaqə qururlar
Qızın atasının sosial şəbəkədəki statusundan sonra məşhurlar da Miya Thirlby adlı 16 yaşlı qıza kömək etmək üçün əllərindən gələni ediblər. Belə ki, məşhur futbolçu Alan Şerar və tennisçi Endi Mörri də cihazın tapılması üçün izləyicilərindən kömək istəyiblər.
"Tərbiyəli davran, vicdanlı ol və bu balaca qızın cihazını hər hansı bir yolla qaytar", - deyə Alan Şerar Tvitterdə yazıb.
Qeyd edək ki, hələ də cihaz tapılmayıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin